Muəllif:

Keyfiyyət elə Bakıda da varmış

Türkiyənin musiqi şirkətləri Gülyanaq Məmmədovaya çalışmaq təklifi göndərib. Sənətçimizin və bacısı Gülyaz  Məmmədovanın səsini bəyənən musiqi işbazları onlarla çalışmaq niyyətlərini açıqlayıblar. Orada şərtlər Avropa üslubuna yaxın olduğundan Məmmədova bacılarının həmin şirkətin xətti ilə imicindən tutmuş,  yaradıcılığına qədər dəyişmək şansları var. Amma Gülyanaq xanım bu şərtlərdən faydalanmaq niyyətinin olmadığını  açıqladı. AYNAya  bu barədə deyir:

«Əslində mənim Türkiyə ilə çalışmaq şansım daha çoxdur. Çünki qaynanam orada yaşayır. Belə deyim ki, daha bir evimiz oradadır. Tez-tez gedib-gəlirik. Həmin səfərlərin birində özüm musiqi şirkətləri ilə maraqlandım. Aranjimançılarla görüşdüm. Sonra musiqiçilərlə tanış oldum. Niyyətim buradakı işlərimi həmin şirkətlərdə həyata keçirmək  idi. Çünki baxıram ki, son vaxtlar ora axın çoxalıb. Əksəriyyət  keyfiyyət dalınca qaçır. Amma gördüm ki, bizimkilər onlardan heç də  geri qalmırlar. Həm studiya işi, həm musiqiçilər və s. Bu səbəbdən də  işlərimi yenə burada görürəm. Mən həmin keyfiyyəti özümüzünkülərdə tapmışam. Başqa yerə getməyə ehtiyac qalmır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 494