Muəllif:

Kanada İrana qarşı sanksiyaları artırıb

Kanada nüvə proqramından imtina etmədiyi üçün İrana qarşı sanksiya siyahısını artırıb.

APA-nın  məlumatına görə, Kanadanın xarici işlər naziri Con Beyrd  bildirib ki, sanksiyaya məruz qalan İranın fiziki və hüquqi şəxslərinin “qara siyahı”sına daha 98 İran vətəndaşının, təşkilat və qurumlarının adı da əlavə edilib: “Onların Kanada banklarındakı bütün aktivləri dondurulacaq. Eləcə də Kanada vətəndaşlarına adları siyahıya salınmış iranlılarla iş əlaqələri qurmaq qadağan ediləcək. Beynəlxalq ictimaiyyətin ciddi cəhdlərinə baxmayaraq, İran üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmir”.

Qeyd edək ki, Kanada 2012-ci il sentyabrın 7-dən İranla diplomatik əlaqələri kəsdiyini elan edib. Ölkənin Tehrandakı səfirliyi bağlanıb, İran diplomatları isə Kanadadan çıxarılıb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139