Muəllif:

Jurnalist aksiyası

Bu gün saat 14.00-da “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları “Qasid” Yayım Firmasının qarşısında aksiya keçiriblər.

“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev və köşə yazarı Şahvələd Çobanoğlu çıxış edərək aksiyanın məqsədi haqda danışıblar. Bildirilib ki, firma “Azadlıq”a olan 35 min manatlıq borcunu hələ də ödəmir, bu isə kollektivə ciddi maliyyə problem yaradır.
Jurnalistlər “Qasid”in rəhbərliyinə ünvanlanan “Pulumuzu verin!” şüarları səsləndiriblər.
Aksiya bir qədər davam edəndən sonra “Qasid”in direktoru Mirkazım Kazımov jurnalistləri otağına görüşə dəvət edib. M.Kazımov firmanın işlərinin tezliklə qaydasına düşəcəyini və qəzetlərə olan borcların hissə-hissə ödəniləcəyini vəd edib. Bu barədə Modern.az xəbər verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154