Muəllif:

Junior Eurovision səs-küylü olmayacaq

Niderlandın paytaxtı Amsterdamda sayca X Junior Eurovision mahnı müsabiqəsi keçirilir. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunur. Ölkəmizi orada Ömər və Suada təmsil edir və onlar uğur vəd edirlər. APA-nın müxbiri xəbər verir ki, şəhərdə heç bir banner və ya «Heineken Music Hall»un qarşısında hər hansısa bir məlumat yerləşdirilməyib. Paytaxt əhli bu müsabiqədən xəbərsiz kimidir.

Junior Eurovision Avropa Yayımları Birliyinin (EBU) layihəsi olduğunu nəzərə alsaq, bu müsabiqəyə ciddi hazırlıq, təşkilatçılıq nəzərimizə çarpmır. Müsabiqəni işıqlandırmaq üçün arenada hazırlanmış Eurovision Song Contest-dən daha fərqli, kiçik ölçülü, daha az tutumlu mətbuat konfransı zalı, eyni zamanda cəmi dörd günlük mətbuat mərkəzi istifadəyə verilib.

Müsabiqənin məhz azyaşlı istedadlar arasında keçirilməsini, o cümlədən daha az iştirakçı ölkənin qatıldığı bu müsabiqəni işıqlandırmaq həvəsində olan cəmi 100 jurnalist akkreditədən keçib. Eurovision müsabiqəsinin mətbuat katibi Yarmo Siim APA-ya açıqlamasında bildirib ki, onların 50-si artıq Amsterdamdadır:

«Onların hamısını final şousuna kimi gözləyirik. Ötən ilə nisbətən bu il müsabiqəni işıqlandıran jurnalist sayı daha çoxdur. Həm də bu, ev sahibliyi edən ölkədən irəli gəlir. Amsterdama maraq ötən il bu müsabiqəyə ev sahibliyi edən Ermənistandan daha yüksəkdir və o səbəbdən bu il jurnalist sayında artım var. İstər böyük, istərsə uşaq Eurovisionu keçirildiyi ölkənin iqtisadiyyatına və turizminə müsbət təsir göstərir.

Junior Eurovision-un Eurovision Song Contest-dən daha fərqli atmosferdə, zəif təşkilatçılıq, eyni zamanda şəhərin heç bir yerində bununla bağlı məlumatın yerləşdirilməməsinə gəlincə, Yarmo Siim deyib:

«Amsterdam elə bir şəhərdir ki, burada eyni tarixlərdə müxtəlif əlamətdar tədbirlər keçirilir. Bu səbəbdən hər birini yetəri qədər təbliğ etmək mümkün deyil. Amma dekabrın 1-də tamaşaçılar olduqca maraqlı televiziya şousunun şahidi olacaqlar. Biz buna var qüvvəmizlə çalışırıq».

Yarmo Siim onu da əlavə edib ki, müsabiqədə iştirak edənlər uşaqlardır və onlardan qeyri-adi peşəkarlıq gözləməyə ehtiyac yoxdur:

«Əsas məqsəd insanlara sevinc bəxş etmək, onlara xoş anlar yaşatmaqdan ibarətdir. Burada iştirak edən uşaqlara dinləyicilərin marağı daha çox önəmlidir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178