Muəllif:

İvanişvili gəlir

Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərinin tarixi məlum olub.
Səfərin bu ayın sonlarında baş tutacağı gözlənilir. Gürcüstan baş nazirinin mətbuat xidmətinin rəhbəri Nana Kandiaşvili APA-nın Gürcüstan müxbirinə verdiyi açıqlamada səfərin dekabrın son ongünlüyündə gerçəkləşəcəyini deyib. Onun sözlərinə görə, səfərin dəqiq tarixi dekabrın 25-dən sonra bilinəcək.

Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, səfər dekabrın 26-da baş tutacaq.

Qeyd edək ki, Bidzina İvanişvilinin ABŞ-a səfəri təxirə salındıqdan sonra baş nazir növbəti səfərini Azərbaycana edəcəyini bildirmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146