Muəllif:

İranın əsəbləri gərilib

İran Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.

Ayətullahinin sözlərinə görə, Azərbaycan XİN-ə təqdim edilən nota millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə «Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz» mövzusunda keçirilən konfransda çıxışı ilə əlaqədardır. Rüstəmxanlı çıxışında İran ərazisində Cənubi Azərbaycan dövlətinin qurulmasını təklif edib.

Ayətullahi bu notanın məsələyə diqqətlə yanaşılması üçün təqdim edildiyini bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 167