Muəllif: Redaksiya
İranda azərbaycanlı fəallar həbs olunub
İranın Qərbi Azərbaycan vilayətinin Məlikan şəhərində 2 tanınmış azərbaycanlı fəal həbs edilib. APA-nın məlumatına görə, dekabrın 30-da yerli vaxtla saat 16:00-da Mehdi Kuxianın və saat 17:00-da isə Abbas (Oktay) Vəlizadənin şəxsi mağazalarına İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») mülki geyimli əməkdaşları hücum edərək, fəalları tutublar. Hər ikisinin də mağazasında və evində axtarış apararaq, şəxsi əşyalarını müsadirə ediblər. Azərbaycanlı fəallar hazırda ETTELAAT-ın Məlikan şöbəsində saxlanılır.
Qeyd edək ki, M. Kuxian 4 ay əvvəl də Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım apararkən həbs edilib və cəza olaraq 2 ay mağazasının fəaliyyətinə qadağa qoyulub.
Bölüm: Güney
Oxunma sayı: 197