Muəllif:

İrana qarşı sanksiyalar müzakirə olunub

 

ABŞ Xəzinədarlıq Departamenti katibi müavininin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətlərinə qarşı mübarizə üzrə köməkçisi Lük Bronin dekabrın 11-12 tarixində Bakıda səfərdə olarkən Azərbaycan hökuməti və biznes nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə əsasən çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri müzakirə olunmuşdur və İrana qarşı olan beynəlxalq sanksiyaların  effektiv formada tətbiq edilməsinin vacibliyinə toxunulmuşdur. ABŞ, Azərbaycanla olan münasibətlərə böyük önəm verir və Azərbaycan hökumətinin maliyyə pozuntularına qarşı mübarizəsini qiymətləndirir. Cənab Broninin eyni məsələləri müzakirə etmək məqsədilə bu həftə Tbilisiyə səfər edəcək.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129