Muəllif:

İrana qarşı sanksiyalar hərbi müdaxiləyə əl atmamaq üçündür

Rəsmi Vaşinqton hesab edir ki, İrana qarşı hərbi əməliyyat aparılmaya bilər, buna görə də sözügedən ölkəyə sərt sanksiyalar tətbiq edilməlidir. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun təşkil etdiyi «Azərbaycan-ABŞ iqtisadi əlaqələri: prespektivlər və reallıqlar» mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, indiki halda İrana qarşı sanksiyaların tətbiqi çox vacibdir, çünki diplomatiyanın qapılarını açmaq, münaqişənin qarşısını almaq vacibdir.

«Biz bütün alternativləri irəli sürürük. Biz İranın nüvə silahı əldə etməsinə imkan verməməliyik. ABŞ Prezidenti də inanır ki, İrana qarşı hərbi əməliyyatlar aparılmaya bilər. Bunun üçün sərt sanksiyalar tətbiq olunmalıdır. Biz İranın nüvə silahı əldə etməməsi üçün bütün vasitələrə əl atacağıq. Lakin hərbi problemlər də yarana bilər. Təəssüf ki, bu cür hadisələr baş verir», — Morninqstar deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130