Muəllif:

İndiki hal Ermənistan üçün təhlükəlidir

Qarabağ danışıqları durğunluq vəziyyətində olduğu rəsmən etiraf edildi. Ölkə prezidenti bu baxımdan cari ilin yekunları mənfi qiymətləndirir. Bunu İlham Əliyev «Rusiya-24» telekanalına müsahibəsində bildirib. Prezident deyib:
«Ona görə ki, uzun illərdir gedən danışıqlar prosesi bu il durğunluq vəziyyətinə düşüb. Fkrimizcə, bunun əsas səbəbi məhz odur ki, Ermənistan tərəf status-kvo vəziyyətini mümkün vasitələrlə saxlamaq istəyir. Onlar münaqişənin tənzimlənməsini istəmirlər, çünki tənzimləmə işğalın ləğvini nəzərdə tutur. Bu gün təkcə Dağlıq Qarabağ deyil, həm də heç vaxt Dağlıq Qarabağ vilayətinin tərkibində olmamış yeddi rayon da işğal altındadır. Bu rayonlarda erməni əhalisi yaşamayıb, azərbaycanlı əhali yaşayıb»,
Əliyev Minsk Qrupuna həmsədr ölkələrin — Rusiya, Fransa, ABŞ-ın — status-kvonun qəbuledilməz olması barədə bəyanatlarını müsbət qiymətləndirir:
«Status-kvonu dəyişmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə başlamaq zəruridir. Bu proses başlayan kimi, əminəm, danışıqlar prosesinə yeni təkan veriləcək».
«Status-kvo vəziyyəti bizim üçün nə qədər ağır olsa da, Ermənistan üçün eyni dərəcədə təhlükəlidir. Ona görə ki, əgər onlar regionda qüvvələr tarazlığı və ümumiyyətlə, regionda vəziyyət baxımından heç olmasa, ortamüddətli perspektivi, məsələn, Azərbaycanın güclənməsi perspektivini götür-qoy etsələr, aydın olar ki, 5-10 ildən sonra onların vəziyyəti indikindən daha ağır olacaq. Azərbaycanla düşmənçilik etmək və bizim torpaqlarımızı işğal altında saxlamaq onlar üçün çətin və müəyyən dərəcədə təhlükəli olacaq. Ügər onlar hazırda Dağlıq Qarabağda yaşayan adamların bundan sonra da təhlükəsiz şəraitdə yaşamasını istəyirlərsə, işğal qüvvələrinin bizim ərazidən çıxarılma prosesini başlamalıdırlar».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183