Muəllif:

Gış gəlir

Dekabrın 13-ü axşamdan Azərbaycan ərazisində hava şəraitinin soyuyacağı, 14-dən 18-dək temperaturun 8-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 13-də günün ikinci yarısında buludluluğun tədricən artacağı, axşama doğru yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-9, gündüz 9-13 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında dekabrın 13-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202