Muəllif:

Gələn il torpaq bazarında qiymətlər bahalaşacaq

Tikinti-inşaat sektoruna dövlət investisiyaları hesabına maliyyə ayırmalarının həcminin artması daşınmaz əmlak bazarında qiymətlərə də təsir göstərir. Xatırladaq ki, gələn ilin dövlət büdcəsində infrastruktur layihələrinin, tikinti-bərpa işlərinin maliyyələşdirilməsi üçün xərclərin məbləği xeyli artırılıb. Cari illə müqayisədə bu sahələrə əlavə olaraq 1 milyard manat vəsait yönəltmək nəzərdə tutulur.

Əmlak Bazarı İştirakçıları İB icraçı direktoru Ramil Osmanlının fikrincə, paytaxtın müxtəlif səmtlərində dövlət ehtiyacları və şəhərsalmanın təkmilləşdirilməsi məqsədi ilə fərdi yaşayış evlərinin, zəruri halda, hətta çoxmənzilli yaşayış binalarının söküntüsünə dövlət tərəfindən ayrılan vəsaitlər yenidən daşınmaz əmlak bazarına qayıdır. Bu isə qiymət artmasına təsir edir:

«Hökumətin bu istiqamətdə investisiyaları artırması daşınmaz əmlak bazarında qiymətlərə də təsir göstərir. Hazırda bu sahəyə büdcədən əlavə vəsait yönəldilməsi ən azından növbəti 2 il üzrə daşınmaz əmlak bazarında dinamikanın artan templə davam edəcəyini göstərir. Bu özünü həm tikinti şirkətlərinin fəaliyyətində, alqı-satqı əməliyyatlarının sayında, tikinti tempinin və tikinti materialları qiymətlərinin artımında, həm də artıq bazar üzrə müxtəlif rəqəmlərdə göstərməyə başlayıb. 2012-ci ilin sonuna olan proqnozlarımız ondan ibarətdir ki, daşınmaz əmlak bazarında qiymətlərin artımı baş verəcək və bu, özünü daha çox torpaq bazarında göstərəcək».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 191