Muəllif:

Eurovision-2013: Milli seçimin ikinci həftəsi bitdi

Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək Eurovision-2013 mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turu davam edir. Artıq iki həftə bitdi. Bu mərhələ ümumilikdə 8 həftə davam edəcək. Hər il olduğu kimi, bu il də prosedurlar eyni qaydada qalır. Həftəiçi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Cümə günü isə beş günün qalibi müəyyənləşəcək.
Eurovision-2013 milli seçim turunun ikinci həftəsinin 9 iştirakçısı bunlar idi: Şahin Sadiqov, Sibel Cəfərova, «Baku rok» qrupu, Rafael İsayev, Xəyal Tağıyev, Ena-Kameliya Tabeş-Müqəddəm, Anar Səfərov, Rəvanə Əliyeva, Leyla İzzətova. Ena-Kameliya Tabeş-Müqəddəm İran əsillidir, onun atası iranlı, anası isə rusdur. O, Azərbaycanı sözügedən müsabiqədə təmsil etmək üçün seçimlərə qatılıb. Ena-Kameliya 16 yaşındadır və Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, iştirakçılar 8 qrupa bölünərək 8 həftə ərzində yarışacaqlar. Bazar ertəsi «Eurovision» hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Hər həftədən bir nəfər yarımfinal mərhələsinə vəsiqə qazanacaq, ümumi bu mərhələdə 8 yarımfinalçı finala çıxmaq uğrunda yenidən mübarizəyə qatılacaq. Təmsilçimiz isə finalçılar arasından seçiləcək.
Bu arada Ukrayna və Albaniya Eurovision 2013 təmsilçilərini müəyyənləşdiriblər. Müsabiqənin rəsmi saytına istinadən, Ukraynanı bu yarışmada Zlata Oqneviç təmsil edəcək. Zlata Oqneviç həm tamaşaçı, həm də münsiflərin səsverməsi ilə seçilib. Zlata Oqneviç müsabiqədə «Gravity» mahnısıyla yarışacaq.
Albaniyanı isə müsabiqədə təmsil etmək hüququnu Adrian Lulgjuraj & Bledar Sejko qazanıb. Cütlük Malmö səhnəsində «İdentiet!» mahnısı ilə çıxış edəcək. Ölkə təmsilçisi «Kenges» adı altında keçirilən festivalın qalibi olaraq bu müsabiqədə çıxış etmək haqqı qazanıb. Ölkənin milli seçim finalında Eurovision 2011 qalibləri Eldar Qasımov və Nigar Camal da qonaq qismində iştirak ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 212