Muəllif:

Ət niyə bahadır?

Kənd Təsərrüfati Nazirliyinin məlumatına görə, Azərbaycan ət məhsullarına olan tələbatın 87%-ni öz hesabına təmin edir. Qalan ət məhsulları əsasən Rusiya, Ukrayna və Belarusdan idxal olunur.

Hazırda 1 kq ətin pərakəndə ticarət şəbəkələrində satışı 7-10 manat arasında dəyişir. Mal ətini ən ucuz qiymətə Gürcüstanda tapmaq olar. Bu ölkədə mal ətinin 1 kilosu 4-5 manatdan baha deyil. Rusiya və Ukraynada 1 kq ət 5-5,5 manata satılır. Beləliklə MDB dövlətləri arasında ən bahalı ət satışı Azərbaycandadır… Bu anlaşılmaz məsələdə lider ölkə sayıla bilərik. Paradoks bax bundadır.

İqtisadçlar isə hesab edirlər ki, ölkədə ət məhsullarının bu dərəcədə baha olması iqtisadi amillərdən asılı deyil. Mövcud problemin səbəblərinə gəldikdə, bütövlükdə ətin qiymətinin bahalaşmasının səbələrini qruplaşdırsaq yem məhsullarının qiymətinin yüksək olması, ölkədaxili bazara çıxışda maneələr, ət idxalı ilə bağlı qeyri-rəsmi süni maneələr ölkə daxilində ətin qiymətinin bahalaşmasını şərtləndirir.

KTN Heyvandarlıq Şöbəsinin müdiri Çingiz Fərəcovun fikrincə, ət məhsullarının baha olması qiymətlərin süni şəkildə artırılması ilə bağlıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 179