Muəllif: Redaksiya
«Əjdər» gəlir
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Türkiyənin «Nurol Makina və Sənaye» firması ilə birgə «Əjdər» zirehli nəqliyyat vasitələrinin istehsalı imkanlarını nəzərdən keçirir.
APA-nın əldə etdiyi eksklüziv məlumata görə, artıq bir ədəd «Əjdər» tipli ZTR Bakıya gətirilib. Hazırda MSN-in Təcrübə-sınaq zavodunda bu nəqliyyat vasitəsinin yerli şəraitə uyğunluğu və istehsal imkanları öyrənilir.
6×6 təkər formullu «Əjdər» ZTR-ni hazırda Azərbaycan da daxil olmaqla, MDB ordularında istifadə olunan ZTR tipli zirehli nəqliyyat vasitələrindən ballistik müdafiəsinə, ən əsası isə minaya və əldəqayırma partlayıcılara (İED) qarşı qorumasına görə fərqlənir. ZTR amfibiya xüsusiyyətinə malikdir.
Qeyd edək ki, hazırda «Əjdər» tipli ZTR-lər Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin inventarında yer alır. Gürcüstan 2006-2008-ci illərdə Türkiyədən təxminən 100-ə yaxın «Əjdər» alıb.
Bölüm: Xəbərlər
Oxunma sayı: 145