Muəllif:

Düşmən hər yerdə hədəfdə

Azərbaycanın 2001-2011-ci illərdə satın aldığı silah və hərbi texnikanın tərkibində əsas yeri raket-artilleriya silahları tutub. APA-nın apardığlı təhlillər göstərir ki, bu dövrdə Azərbaycan uzaq mənzilli artilleriya sistemlərinin sayına görə Ermənistanı ən azı 2 dəfə qabaqlayıb. Hansı ki, rəsmi Bakının son illərdə sahib olduğu və nümayiş etdirdiyi yeni sistemlər hərbi əməliyyatların başlayacağı təqdirdə düşmənin cəbhənin dərinliklərindəki strateji obyektlərini dəqiq zərbələrlə məhv etməyə imkan verir.
Silahlanma proqramını davam etdirən Azərbaycanın yaxın illərdə daha uzaq məsafəli raket artilleriya silahlarına sahib olacağına dair məlumatlar da mövcuddur. Əldə olunacaq yeni sistemlər Azərbaycan Silahlı Qüvvələrinə düşmənin yüz kilometrlərlə uzaqlıqda yerləşən hədəflərini belə məhv etmək imkanı verəcək.
MSN tərəfindən də yaxın perspektivdə bu sahədə müəyyən addımların atılması nəzərdə tutulur. Hazırda 60 və 82 mm-lik minaatanların, 107 mm-lik reaktiv atəş sistemlərinin, onların mərmilərinin istehsalını reallaşdıran MSN tərəfindən 120 mm-lik minaatanların, 105 mm-lik haubitsaların, 57 və 122 mm-lik reaktiv atəş sistemlərinin və onların döyüş sursatlarının istehsalı ilə bağlı layihələr üzərində işlər aparılır.
Ekspertlərin fikrincə, Qarabağda başlanacaq ikinci müharibədə də əsas ağırlıq raket-artilleriya sistemlərinin, hərbi aviasiyanın və yüngül çəkili, yüksək manevrli döyüş texnikasının üzərinə düşəcək. Son 10 ildə silah alınması ilə bağlı statistikaya nəzər yetirdikdə, Azərbaycanın verdiyi sifarişlərdə bunun nəzərə alındığını aydın görmək olur.
Erməni və rus ekspertlərin fikirlərinə görə, Azərbaycan Ordusu hərbi əməliyyatlara düşmənin cəbhə xəttinin dərinliklərindəki əsas strateji obyektlərinin uzaqməsafəli artilleriya atəşi ilə məhv etməklə başlayacaq. Burada ilk hədəflər sırasında Ermənistan və Qarabağı birləşdirən əsas quru yollarının — Laçın dəhlizi və Zod-Ağdərə yolunun sıradan çıxarılması, bununla da həyati əhəmiyyətli kommunikasiyalarını istifadəsiz hala gətirilməsi yer alacaq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri sahib olduğu pilotsuz uçuş aparatlarından (PUA) və digər kəşfiyyat mənbələrindən də geniş istifadə edəcək. Artıq 2009, 2010 və 2012-ci illərdə keçirilən ümumqoşun taktiki təlimlərində Azərbaycan Ordusu PUA-ların tətbiqi ilə döyüş atışları keçirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 330