Muəllif:

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni ideyalar?

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair «yeni ideyalar»dan söz edilir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov danışır. Nazirin açıqlamasına görə, yanvarın sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri və Minsk Qrupu həmsədrləri arasında növbəti görüş keçiriləcək və bu «yeni ideyalar» müzakirə ediləcək.

Nazir həmsədrlərin münaqişənin həllinə dair bir sıra «yeni ideyalar» hazırladıqlarını və bu ideyaların bir qismini bölgəyə son səfərləri zamanı gündəmə gətirdiklərini söyləmişdir. Lakin nazirin yanaşmasında bunlar «yeni təkliflər» deyil, «sadəcə, müəyyən ideyalardır» və Parisdə onların «müzakirəsini davam etdirəcəklər».

Elmar Məmmədyarov bu «yeni ideyaların» təfsilatına varmır. Çox böyük ehtimalla bu «yeni ideyalar» məsələsi həmsədrlərin artıq iflasa uğramış danışıqlar prosesinin hər halda davam etdiyi görüntüsünü yaratmaq cəhdindən başqa bir şey deyildir.    

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 230