Muəllif:

Brüssel sammitində Dağlıq Qarabağ müzakirə edilib

Dünən Güney Qafqazda vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Brüsseldə Avropa Birliyi — Rusiya sammitində müzakirə olunub. APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin prezidenti Herman Van Rompey sammitin yekunlarına həsr olunmuş brifinqdə bildirib. Rompey deyib:
«Həlli uzadılmış münaqişələrin nizamlanması xüsusilə vacibdir. Mən Dnestryanı münaqişənin nizamlanmasına dair 5+2 formatında danışıqların irəliyə aparılmasının vacibliyini də vurğuladım və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişindən narahatlığımı ifadə etdim».
AB prezidenti bildirib ki, təmsil etdiyi qurum və Rusiya birlikdə bu münaqişələrin nizamlanmasına mühüm töhfə verə bilərlər. Qeyd edək ki, sammitdə Avropa Birliyini prezident Herman Van Rompey və Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo, Rusiyanı isə prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov təmsil ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125