Muəllif:

Bizim soyun qurucu-yaradıcı keçmişi var

Bizə görə bu kitabı türkləri tarixən qurucu deyil, dağıdıcı, qarşılarına çıxan mədəniyyətləri məhv edən, bir etnos olaraq qələmə verməyə çalışan, bu yöndə uzun illərdir çabalar xərcləyən erməni təbliğatına ən tutarlı cavab da saymaq olar. Bir də cəhənnəm olsun bu təbliğat. Biz öz işimizlə məşğul olmalı, nəyimiz var dünyaya onu layiqncə təqdim etməliyik.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən Ankarada nəfis tərtibatla «Türk Dünyası memarlıq və şəhərçilik abidələri» adlı kitabın nəşri və yayılması barədə xəbər gəldi (APA). Ümumi həcmi 712 səhifədən ibarət olan kitabda islam öncəsi türk əsərləri, Orta Asiya, Qazaxıstan, Əfqanıstan, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, Misir, Krım, Quzey Kipr və Balkanların türk tarixi memarlıq abidələrinin fotoşəkilləri və onlar barədə bilgilər yer alır.

Kitabın «Gürcüstandakı türklər və türk əsərləri» bölümünü hazırlayan, eyni zamanda, «İslam öncəsi türk əsərləri» bölümünün müəllifi olan əski türk yazılı abidələri üzrə görkəmli mütəxəssis, «Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi»nin başqanı Prof. Dr. Cengiz Alyılmazdır. 64 səhifəni əhatə edən bu bölümdə Gürcüstan türklərinin tarixi və Tiflis şəhərində, Borçalı və Ahıska-Axalkələk mahallarında yerləşən qədim daş abidələr — qalalar, körpülər, dini ibadət ocaqları, hamamlar, çeşmələr, türbələr, məzar daşları və qoç heykəlləri barədə məlumat və fotolar verilib.

Xatırladaq ki, Prof. Dr. Cengiz Alyılmazın rəhbərliyi ilə 2003, 2009 və 2012-ci illərdə mütəxəssislərdən ibarət elmi heyətin Gürcüstana qədim türk tarixi abidələrinin tədqiqi məqsədilə elmi ekspedisiyaları təşkil olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199