Bidzina İvanişvili açıq dedi: dəmiryol olacaq!
Bakı-Tiflis-Kars dəmiryolunun çəkilişinə heç bir təhlükə yoxdur. Əksinə, bu layihənin tezliklə həyata keçməsinə kömək etmək lazımdır. Bu layihəni dayandırmaq olmaz. Mən layihəni sual altında qoymuram. Azərbaycana səfərim zamanı bu layihə haqqında fikir mübadiləsi aparacaq, eyni zamanda Gürcüstan iqtisadiyyatının inkişafı məsələsini də gündəmə gətirəcəyik (Nvosti-Qruziya).
Gürcüstanın baş naziri Bidzina İvanişvili Bakı-Tiflis-Kars dəmiryol layihəsi ilə bağlı fikrini bu dərəcədə açıq deyib. Sadəcə qeyd edib ki, layihə çox maraqlı olsa da, ilk mərhələdə iqtisadi xarakterli məsələlər açıq qalır. O cümlədən BTK-nın istismara verilməsindən sonra ölkənin “köhnə” dəmiryollarında və limanlarında yükdaşımanın həcmi azala bilər. Lakin İvanişvili hesab edir ki, problemlərin sonda həll olunaca bilər və buna inandığını vurğulayır.