Muəllif:

Bəlkə ölüm cəzası bərpa edilsin?

Görünür, Cinayət Məcəlləsindən ölüm cəzasını çıxarmaqda bir qədər tələsmişik. Elə tükürpədici cinayətlər var ki, təfsilatı ilə tanış olduqda bu cəza növü yada düşür. Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Natiq Nəsrullayevin (1984) cinayət işində olduğu kimi.
…Mayın 17-də Şamaxının Nağaraxana kəndi ərazisində «Azvirt» MMC-də iş icraçısı işləyən Bakı sakini, Akim Əfəndiyev (1983) yaşadığı bağ evində Natiq Nəsrullayev (1984) tərəfindən qətlə yetirilib. Müəyyən edilib ki, Akim Əfəndiyev əvvəlcədən tanıdığı Natiq Nəsrullayev ilə bağ evinə gedib. Bağ evində Natiq Nəsrullayev qarət məqsədilə Akim Əfəndiyevi öldürüb, evdəki külli miqdarda pulu götirəndən sonra mənzilə od vurub.
Natiq Nəsrullayev evi yandırandan sonra qaçıb gizlənib. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər qısa müddətdə yanğını söndürüblər. Yanğın söndürüldükdən sonra evdə 28 yaşlı Akim Əfəndiyevin meyiti aşkarlanıb. Mərhumun bədənində 4 bıçaq yarası vardı…
Natiq Nəsrullayev ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edərək deyib ki, Akim hadisədən əvvəl bir qız tanışı ilə onu da götürərək Pirquludakı bağ evinə gəliblər. Yeyib-içəndən sonra hər üç şəxs yatıb. Gecə saatlarında Natiq yuxudan oyanaraq Akimə 5 bıçaq zərbəsi vurub. Sonra isə evdə olan 1500 manat məbləğində pulu götürüb, izi itirmək üçün evə od vurub, qızı isə maşına qoyaraq Bakıya gətirib.
Həmçinin araşdırmalar zamanı müəyyən edilib ki, Natiq Nəsrullayev Akimin tanışı olan qızla zorla cinsi əlaqədə olub. Qız zorakılığa məruz qalması ilə bağlı Akimə deyib. Bundan sonra tanışlar arasında mübahisə yaranıb. Mübahisə zəminində də qanlı cinayət hadisəsi baş verib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326