Muəllif:

BBC erməni vəhşiliyindən yazıb

BBC-nin saytında Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklər haqqında məqalə yerləşdirilib. Trend-in məlumatına görə, məqalədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş Əntiqə Qəhrəmanovanın acı taleyindən söhbət açılır.

Məqalə müəllifi qeyd edir ki, Əntiqə Qəhrəmanova artıq 20 ildir ki, onu doğma torpağından didərgin salan mühəribənin həll olunmasını gözləyir.

Məqalədə ermənilər tərəfindən Qəhrəmanovanın ailəsinə qarşı törədilmiş insanlığa sığmayan vəhşilik haqqında onun dili ilə danışılır.

«Erməni əsgərlər mənim kürəkənimi ağacdan asdılar və sonra onu diri-diri yandırdılar, daha sonra mənim qızımı başından güllə ilə vurdular. Bundan sonra ermənilər mənim 6 yaşlı qız nəvəmi güllə ilə öldürdülər. Digər nəvəmin dabanına güllə ilə vurdular və dedilər ki, bununla bizə dərs verirlər», — məqalədə Qəhrəmanovanın sözlərindən sitat gətirilir.

Məqalə müəllifi bildirir ki, Qəhrəmanova digər üç nəvəsi ilə birgə qarlı-şaxtalı günlərdə 4 gün kolların arasında gizlənməklə qaça bilib və 20 ildir ki, üç yetim nəvəsini böyüdür. İndi 80 yaşlı Qəhrəmanovanın ən böyük arzusu öz doğma torpağına qayıtmaq və orada dünyasını dəyişməkdir.

Məqalədə hazırda Azərbaycanın cəbhə bölgəsində mülki şəxslərin tez-tez erməni snayperlərin atəşinə məruz qaldığı da vurğulanır. Bu barədə Trend xəbər verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149