Muəllif:

Bacısının şəxsi həyatına soxuldu

…İyunun 7-də, saat 16:00 radələrində Nərimanov rayonu, Zeynal Xəlil küçəsi ev 11, mənzil 56-ya mənzilin mətbəxindəki pəncərədən daxil olan Nazim Feyzullayev bacısı Solmaz Feyzullayevaya çoxsaylı bıçaq zərbələri yetirib, qadın çoxlu qan itirərək keçinib.
Nazim Feyzullayev elə həmin gün Nərimanov polisinin əməkdaşları tərəfindən saxlanılıb. Aparılan axtarış tədbirləri nəticəsində qətlin törədilməsində istifadə edilən bıçaq elə həmin rayonun Daş karyeri küçəsi 756 və 756A saylı evlərin arasından tapılıb. Məhkəmə-tibb ekspertizasının müəyyən etdiyinə görə, Solmaz Feyzullayevaya 78 bıçaq zərbəsi vurulubmuş… Niyə? bacısının şəxsi həyatında bəzi məqamlar xoşuna gəlməyib. Guya kimlərləsə münasibəti varmış. Odur ki, bu keçmiş məkum evdən mətbəx bıçağı və 4 m. uzunluğunda nərdivan götürərək bacısının yaşadığı evə gəlib. Nərdivanı 3-cü mərtəbədəki evin pəncərəsinə söykəyən Nazim yuxarı qalxıb və pəncərədən evə tullanıb.
Yataq otağına girəndə bacısını yatmış vəziyyətdə görüb və bıçağı işə salıb. Solmaz zərbələrdən döşəməyə yıxılıb, qardaşının isə gözünü qan örtmüşdü, bıçaq zərbələrini fasiləsiz davam etdirirdi…
Bundan sonra, yenidən pəncərədən yerə enərək evi tərk edib, çünki, içəridən mənzilin qapısını aça bilməyib. Evə gələn Nazim anasına bacısını öldürdüyünü deyib, daha sonra isə küçəyə çıxaraq, bıçağı evin yaxınlığında bir yerə atıb.
Bundan əvvəl Feyzullayev dörd dəfə cinayət məsuliyyətinə cəlb edilib, son dəfə Nərimanov rayon məhkəməsinin hökmü ilə CM 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi üzrə 2 il 6 ay müddətinə məhkum edilib, 2010-cu ilin avqustunda azadlığa buraxılıb.
Bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Nazim Feyzullayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı. CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham edilirdi və məhkəmə onu bu dəfə 15 illiyə cəmiyyətdən təcrid etdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326