Muəllif:

Uyuşdurucu qaçaqmalçıları ələ keçdi

Bu günlərdə MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik aşkar edilərək götürülüb. Qurumun İctimai Əlaqələr Mərkəzi bildirir ki, əməliyyatın gedişində Azərbaycan vətəndaşları — Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov və Günel Heydərova saxlanılıblar.
Bu şəxslər və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Rusiya istiqamətindən gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətiriblər. Baba Şahverdiyev, Ceyhun Əliyev, Nurəli Şıxəliyev, İlham Həsənov, Elşən Bayramov, Günel Heydərova və qeyriləri Moskvada 125,46 qram kokain və sintetik narkotik vasitə olan 72,83 qram metadon əldə ediblər. Qrupun üzvləri bu narkotikləri «DVD player»in içərisində gizlədib «Moskva-Bakı-Moskva» reysi üzrə hərəkət edən «İkarus» markalı avtobusla «Samur» gömrük məntəqəsindən gizli keçirərək Bakı şəhərinə gətirərkən cinayət başında yaxalanıblar.
MTN-in həyata keçirdiyi digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Dövlət Məhərrəmov saxlanılıb. Bu şəxs və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Şəhram vətəndaşı və qeyriləri tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni İran istiqamətindən qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək Azərbaycana gətiriblər. Dekabrın ortalarında Dövlət Məhərrəmov İranın Astara şəhərinə gedib və orada tanışı Şəhram adlı iranlı ilə külli miqdarda narkotik vasitənin qaçaq yolla aparmaq barədə razılaşıblar. Şəhramı həmin narkotik vasitəni qaçaq yolla Azərbaycanın Astara rayonunun Telmən kəndinin ərazisinə keçirib və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədib. Dövlət Məhərrəmov həmin gizli yerdən içərisində külli miqdarda narkotik vasitənin olduğu bağlamanı götürərkən MTN əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Keçirilmiş baxış zamanı həmin bağlamanın içərisindən 19 kiloqram 278,71 qram həşiş qatranı aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən cinayət işi başlanıb. Adları çəkilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 405