Muəllif:

«13»ün nəhsliyinə kim inanır?

Qarşıda — yaşadığımız yüzilin 13-cüsü… Amma istər Azərbaycanda, istərsə də xarici ölkələrdə 2013-cü ilə ehtiyatla baxanlar var. Bu 13 rəqəminin nəhs olması ilə bağlı mistik fikir insanların beyninə o qədər həkk olunub ki… Təqvimdəki bu «nəhs» rəqəmə bizim tanıdıqlarımızdan kim nə dərəcədə inanır? Məsələn, modelyer Fəxriyyə Xələfova bu kimi əlamətlərə inanmadığını dedi:
«Mən sınaqdan keçirmişəm. Elə olub ki, ayın 13-ü bəzən mənə düşərli, bəzən isə əksinə olub. Hətta moda kolleksiyalarımdan birinin nümayişi may ayına, həm də 13 rəqəminə təsadüf etmiş, lakin bu tədbir uğurla keçmişdi».
Xələfova inanır ki, 2013-cü il Azərbaycan mədəniyyətində maraqlı hadisələrlə yadda qalacaq. Deyir:
«Məndə bir əminlik hissi var ki, gələn il Azərbaycan daha böyük uğurlara imza atacaq. Hətta düşünürəm ki, 2013-cü Eurovisionda növbəti dəfə qalib olacağıq».
Müğənni Əli Mirəliyev uşaqlıqdan nəhs rəqəminə inanıb. Amma indi ifaçı başqa cür düşünür.
Bəstəkar Faiq Sücəddinov ötən ili uğurlu sayır:
«2013-cü ilə gəlincə, zənnimcə, bu il də Azərbaycan xalqı üçün uğurlu olacaq. İstənilən sahədə nailiyyətlərimizin olacağına şübhə etmirəm. Düşünürəm ki, nəhs rəqəmlərlə bağlı söylənənlər cəfəngiyatdır. İnsan nəyə inanırsa, həyatında o da olur».
Rəqsanə isə 2013-cü ilin yaradıcılığında dönüş nöqtəsi olacağına əmindir.
«Nəhs rəqəmini nəzərə almayıb, 2013-cü ildə bir çox yaradıcılıq işlərimi həyata keçirəcəyəm. Əminəm, bu il mənə düşərli olacaq. İnsanlar əlamətlərə keçmişdə inanıblar.
Mən Allahdan başqa heç kimdən qorxmuram. Bütün istəklərimi də ondan diləyirəm. Düşünürəm ki, insan həyatında uğurun əldə olunmasında rəqəm rol oynamır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160