Muəllif: Administrator

Söz-3

Bu dəfə də təsəvvürünüzə gətirin ki, hər bir söz bir düymədir —  bütün dünyaya sığışan nəhəng kömpüter klaviaturasının bir düyməsidir. Və biz danışdıqca görünməz bir əl o klaviaturada nəsə yazır… Və doğulandan bu ana qədər nə demişiksə, hamısını bitdə-bitdə yazıblar. Və oxuyublar. Və hər şeyi yadlarında saxlayıblar. Və bizim sabahımızın ssenarisini yazanda əvvəlki cızmaqaralara baxıb ordakı sözlərdən istifadə edəcəklər. Ordakı deyimlərin üstündə quracaqlar olacaqları.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

İlyas Ərnəfəsin dizləri

Bir gün xas şair Əlisəmid Kürü gördüm, məndən öndə gedirdi. Tanımadığım bir adamla üzü “Azərbaycan nəşriyyatı”na tərəf irəliləyirdi. Nə haqdasa qızğın-qızğın danışırdı. Ancaq danışan təkcə Əlisəmidin dili deyildi, əli-ayağı, addımları, saçı, çiyinləri, kəsəsi, bütün bədəniylə danışırdı. Danışa-danışa ara-bir dönüb sağa-sola, göyə, yerə, geriyə baxırdı. Geriyə baxırdı, ancaq məni görmürdü. Bir də arxaya döndü. Üzünə baxdım. Əlisəmidin üzü üz deyildi – bütün dərin qırışlarıyla ovcunun içiydi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

SÖZÜN İNFLYASİYASI…

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz   Özündən üstündən irəli keçməyin iki yolu var. Biri daha çox çalışmaqdır, digəri isə səndən irəlidəkiləri bir-bir “zərərsizləşdirmək” və bu yolla özünü öncül kimi təsdiq etməkdir. Bilirsinizmi, bunları niyə deyirəm? Hakim partiyanın təbliğat sistemi məni daim düşündürübdür və aydın məsələdir ki, təbliğat prosesinin də yükünün ən böyük hissəsi KİV-lərin üzərinə düşür.

Tam mətn
Muəllif: Administrator

Söz

Sözlər də adamlar kimidir. Uzunu-qısası var, gözəli-eybəcəri, arığı-kökü var. Uşaq vaxtından sözləri yadımda saxlamaq üçün hər sözü bir şəklə bağlayıb yaddaşıma atırdım. İndiki dillə desək, assosiativ üsuldan istifadə edirdim. Sonralar bu mənə xarici dilləri öyrənməkdə də kömək elədi. Mənim üçün ən arıq söz – “un” sözüydü. “Kök” sözü (sifət kimi) yadımda “Bir qalanın sirri” filmindəki Hadı kimi qalmışdı. O sözü sevmirdim, gombul sözü ürəyimə yatırdı.

Tam mətn
Muəllif: Redaksiya

Keyfiyyətli informasiya

Bu dəfə keyfiyyətli informasiya, söz azadlığı və informasiya təhlükəsizliyindən danışırıq

Tam mətn