Muəllif:

Aviqdor Liberman Azərbaycana öz evinə gəldiyi kimi gəlir

Bu mənim Azərbaycana beşinci səfərimdir. Bura öz evimə gəldiyim kimi gəlirəm. Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra deyib ki, bu gün Azərbaycanla İsrail arasında sıx münasibətlər yaranıb. Nazir qeyd edir:

“Biz ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, əsasən də iqtisadiyyat, ictimai diplomatiya sahələrini müzakirə etdik. Azərbaycanda bizim üçün vacib olan məsələ burada yəhudilərin yaşaması, yəhudi icmasının olmasıdır. Bu icma iki ölkə arasında körpü rolunu oynayır”.

İsrailli nazir prezident İlham Əliyevlə İsrail prezidenti Şimon Peres və baş nazir Binyamin Netanyahu arasında görüşlərdən məmnun olduqlarını qeyd edib: “O cümlədən ötən il mənim azərbaycanlı həmkarımın İsrailə səfəri oldu. Həmin görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən sahələri müəyyənləşdirdik. Bunlardan bir hissəsini biz artıq bu gün reallaşdırırıq. Yenə də qeyd edirəm ki, iki ölkə arasında əlaqələrin ən vacib sahəsi yüksək texnologiyalar, energetika və kənd təsərrüfatı sahələri müzakirə edilir. Bu görüşə kimi mən Azərbaycan prezidenti ilə çox vacib, maraqlı görüş keçirdim. Mən bu cür ikitərəfli razılaşmalardan məmnunam”.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1034