Muəllif:

Zaqatala və Balakəndə narahatlıq və narazılıq var

Ötən ilin mayında 6 bal gücündə zəlzələ baş vermiş Zaqatala rayonunda əhalinin fəlakətin nəticələrinin aradan qaldırılması üzrə hakimiyyətin fəaliyyətsizliyindən narazılığı baş qaldırır. Son günlər bir sıra kəndlərdə vətəndaşların yerli hakimiyyətlərə qrup şəklində müraciətləri olub. Müraciətlərdə dövlət yardımının ədalətsiz paylanmasından narazılıq ifadə olunur.
Çaxnaşmalar FHN-i qeyri-adekvat əməllərə təhrik edib, nazirlik dəyən ziyana görə 1000 manatdan 4000 manata qədər təzminat ödəməyə başlayıb. Lakin bir müddət əvvəl bu kateqoriya zərərçəkmişlər üçün ev tikmək və ya ziyan dəymiş evi əsaslı təmir etmək nəzərdə tutulurdu. Bu zaman bir çox insanlara kompensasiyalar haqqında qəbz verilmir.
Zəlzələdən sonra hökumət və prezident İlham Əliyev 2012-ci ilin sonuna qədər bütün vətəndaşların ziyanını ödəməyi vəd edib. İyunda təxminən 3500 ev, 35 məktəb tikintisi, habelə min evin təmir edilməsi üçün 320 mln. manat ayrılıb. Lakin bu vədlər yerinə yetirilməyib.
Noyabrda “Kür” vətəndaş cəmiyyəti qərargahı zəlzələ zonasınta monitorinq həyata keçirib. Monitorinq FHN nümayəndələrinin və yerli hakimiyyətin vəsaiti genişmiqyaslı mənimsənməsi, korrupsiya və sui-istifadəsi ilə əlaqədar böhran vəziyyəti yarandığını göstərib.
Noyabrın sonlarında FHN “Kür” qərargahının sorğusuna cavabda rəsmi olaraq bildirib ki, artıq vəsaitin 72%-i xərclənib, işlər isə cəmi 22% yerinə yetirilib. 50% vəsaitin haraya getdiyi barədə suala nazirlik hələ də cavab verə bilmir.
Qərargah monitorinqdən sonra həmçinin ictimaiyyətə və dövlət orqanlarına vəsaitdən məqsədyönlü istifadə olunmadığı barədə məlumat verib. Noyabrın 23-də keçirilən mətbuat konfransında “Kür” qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib ki, təxminən 130 mln. manat təyinatı üzrə istifadə olunmayıb – FHN-in və Prezident Adminsitrasiyasının vəzifəli şəxsləri və onların qohumları üçün Qəbələdə, İsmayıllıda və Lənkəranda villaların tikintisinə xərclənib.
FH naziri Kəmaləddin Heydərov yanvarın 7-də bildirib ki, guya 2984 ev və 22 məktəb tikilib. Amma “Kür” qərargahının bu evlərin sahiblərinin adlarını və məktəblərin ünvanlarını göstərmək xahişilə müraciətinə FHN cavab vermir.
Qərargahın məlumatına görə ən az 600-700 ev tikilib, zəlzələ zonası üçün ayrılmış demək olar ki, bütün vəsait isə artıq xərclənib.
Qonşu Balakən rayonunda da böhran vəziyyəti yaranır, burada sentyabrda baş verən təkrar zəlzələdən sonra təxminən 2500-ə yaxın evə ziyan dəyib.
FHN orada 1500 ev tikintisi zərurəti barədə danışır, lakin orada heç bir inşaat işi aparılmır.
Zaqatala-Balakən zonasında da Kür daşqını zonasında olduğu kimi vəziyyət yaranır. Burada 2010-cu ilin mayında daşqından sonra hökumət 460 mln. manat ayırıb, bu vəsaitin böyük hissəsi oğurlanıb. Bu, yerli əhalinin dəfələrlə etiraz aksiyası keçirməsinə səbəb olub, buna cavabda isə hakimiyyət yerli fəallara və “Kür” qərargahı üzvlərinə qarşı repressiyalara başlayıb (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 212