Muəllif:

«Donuz qripi» yenidən qayıdır

Son günlər əsasən Yaxın Şərqdə yayılan «donuz qripi» (H1N1) virusu neçə gündür 10-dan çox insanın həyatına son qoyub. Artıq Fələstin rəsmiləri də ölkədə bu virusun yayıldığını təsdiqləyiblər. Virusun ən çox yayıldığı bölgə kimi isə İordan çayının qərb sahili göstərilir. Rəsmilər həmçinin daha 187 nəfərin virusa yoluxduğunu bildiriblər. Xəstələrin əksəriyyətinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Həmçinin Norveçdə 11 yaşlı uşağın «donuz qripi» virusundan həyatını itirməsindən sonra aparılan yoxlamalar nəticəsində daha 14 nəfərin bu virusa yoluxduğu aşkarlanıb. Norveç Səhiyyə İnstitutunun açıqlamasına görə, ölkədə «donuz qripi» təhlükəsi hələ də davam edir. Bu səbəbdən risk qrupuna daxil olan bütün insanlar xəstəxanalara cəlb edilib.
Çinin paytaxtı Pekində «donuz qripi» virusu 2 qadının ölümünə səbəb olub. Çinin Səhiyyə Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, ölənlərdən biri 65 yaşlı xərçəng xəstəsi, digəri isə 22 yaşlı immiqrantdır.
Məsələyə münasibət bildirən Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyib ki, bu il Azərbaycanda qripə yoluxma hallarında əvvəlki illərə nisbətən artım yoxdur. Bu sahədə vəziyyət sabitdir. Yəqin ki, hava şəraitinə görə hələ ciddi yoluxma halları olmayıb. Bəlkə bundan sonra havalar soyusa, müəyyən sayda qripə yoluxanlar oldu. O ki qaldı «donuz qripi» kimi tanınan virusa, bu virus ölkə ərazisində yoluxma halı olmayıb. Çalışmalıyıq ki, bu virus xaricdən ölkəyə daxil olmasın. Amma bu xəstəliyin əlamətləri yoluxmuş şəxsdə bir sutkadan sonra özünü büruzə verir. Buna görə də əgər virusa yoluxan şəxs ölkə ərazisinə gəlirsə, yalnız bir sutkadan sonra xəstəlik özünü büruzə verəcək. Bu səbəbdən heç kəs zəmanət verə bilməz ki, «donuz qripi» hansısa ölkəyə keçməyəcək».
Ş.Qurbanov bildirir ki, «donuz qripi» virusuna qarşı ölkədə xeyli vaksin ehtiyatı var və lazım olduğu təqdirdə peyvəndləmə aparıla bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 143