Muəllif:

Canavarlar bilirlər ki, cobanın tüfəngi yoxdur

Şamaxı rayonunda canavar sürüsünün hücumu qoyunçuluq təsərrüfatında kütləvi tələfatla nəticələnib. Hadisə Hacıqədirli kəndində, Elsevər İsmayılova məxsus fermada baş verib. Dərrakəli bir vəhşi olan canavarlar çobanlarda tüfəng olmadığını görünür yaxşı bildiklərindən cəsarətlə hərəkət ediblər.

Təsərrüfat sahibinin sözlərinə görə, belə kütləvi tələfat bu tərəflərdə indiyə qədər görünməmiş işdir. 350 qoyun-quzudan təqribən 180-i salamat qalıb. Yaralı qoyun-quzunu saxlamaq mümkün deyil və onlara canavar toxunmuş olduğundan məhv edilməsi lazım gəlir. Fermanın çobanları isə deyiblər ki, onlara silahdan istifadə etmək icazəsi olmadığından, canavarların hücumundan nə özlərini, nə də mal-qaranı qoruya bilirlər. Canavarlar isə, qeyd etdiyimiz kimi, dərrakəli vəhşidir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124