Muəllif:

Avropada ən böyük sərgimiz Çexiyada açılır

Çexiyanın Ostrava şəhər muzeyində «Əbədi odlar diyarı — Azərbaycanın min illik mədəniyyəti» adlı sərgi fəaliyyətə başlayacaq. Qeyd edək ki, bütün Avropa çərçivəsində keçiriləcək sərgi fevralın 28-dək davam edəcək. Ostrava muzeyində sərgiyə gələnlər XVI-XIX əsrlərə aid silahlar, əl ilə toxunmuş xalçalar, Makedoniyalı İsgəndərin ölümündən sonra istifadə olunmuş gümüş sikkələr, daş-qaş, vaxtilə Böyük İpək Yolu ilə yük daşıyan heyvanların modelləri və bir çox başqa şeylər görə biləcəklər.
Çexiyanın incəsənət tarixçisi və sərginin kuratoru David Mayer sərgi barədə fikirlərini bu şəkildə bölüşür:
«Bu, Avropa tarixində Azərbaycan mədəniyyəti və tarixinə həsr olunmuş ən böyük sərgidir. Mən ilk növbədə XVIII əsrdən XX əsrin əvvəllərinə aid Azərbaycan xalçalarını xatırlatmaq istərdim, çünki, bu xalçalar bütün sərginin əsas leymotivini təşkil edir və Azərbaycan ixrac mədəniyyətinin ən məşhur hissəsidir.
Ziyarətçilər Azərbaycanın Şamaxı, Lahıc və Qarabağ ustalarının misdən hazırladıqları XVII- XIX əsrlərə aid müxtəlif cür qab-qacaq, neft lampaları və hamam-seyflərini görə biləcəklər. Hansı ki, xanımlar hamama getməzdən əvvəl öz zinət əşyalarını bura qoyardılar. Onların arasında gözəl kəmərlər, sinəbənd, boyunbağı, möhtəşəm qolbaqlar və ya baş bəzək əşyalarını qeyd etmək olar».
Sərgi altı tematik ekspozisiyadan ibarətdir. David Mayer iddia edir ki, Azərbaycan silahları bölməsi kişilər arasında öz pərəstişkarlarını tapacaq.
«Bizim muzeydə hazırda 300-ə yaxın eksponat var. Onların əksər hissəsi indiyədək Bakıdan kənara çıxarılmayıb», — deyə Ostrava muzeyinin əməkdaşı David Mayer xatırladır.
Son illər Azərbaycanda bir sıra ölkələrin mədəniyyət günlərinin, sərgilərin təşkili xalqların bir-birini daha yaxından tanımasındə çox gözəl vasitədir. Bu istiqamətdə işlər bu il də davam etdiriləcək. Bu il Azərbaycanda İtaliya, Ukrayna, İran və digər ölkələrin mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu tədbirlər çərçivəsində vətəndaşlarımız sözügedən ölkələrin mədəni irsi, ekran əsərləri, teatr və musiqisi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 131