Muəllif:

Ziyalılar Forumundan namizəd olmayacaq

Müxalif düşərgənin vahid namizəd məsələsində nümayiş etdirdiyi fikir ayrılığı seçkilər yaxınlaşdıqca daha da kəskinləşə bilər. Proseslər bundan xəbər verir. Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli son günlər müxalifət düşərgəsində baş verən proseslərlə bağlı açıqlamasında təmsil etdiyi Ziyalılar Forumunun hələlik bu proseslərə seyrçi gözü ilə baxdığını bildirib.
Cəmil Həsənlinin sözlərinə görə, forum hadisələrin gedişatını mütəmadi izləyir. «Mən, ümumiyyətlə, bu prosesləri müşahidə edirəm. Ona görə də hələlik bir söz demək istəməzdim. Sadəcə olaraq, görək bu məsələlər hansı istiqamətə gedəcək, nələr baş verəcək? Ondan sonra biz də öz fikrimizi bildirəcəyik», — deyə professor bizimlə söhbətində bildirib.
Cəmil Həsənli həmçinin Ziyalılar Forumunun 2013-cü il prezident seçkilərində vahid namizədi dəstəkləyəcəyi, eləcə də politoloq Eldar Namazovun ölkə ziyalıları adından seçkilərə qatılacağı ilə bağlı ara-sıra mətbuatda yayılan məlumatlara da münasibət bildirib.
«Ziyalılar Forumu bir qurum olaraq prezident seçkilərində namizəd göstərmək fikrində deyil. Ona görə də vahid və yaxud da çoxtərəfli namizəd məsələsini biz hələ müzakirə etməmişik. Eldar Namazovun namizəd olacağı haqda da bir məsələ yoxdur. Nə də bu istiqamətdə biz müzakirələrə başlamışıq».
Bu məsələdə qəribə təsir bağışlayan bir də odur ki, mövzu müxalif düşərgənin özündən çox ondan kənarda daha çox müzakirə edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128