Muəllif:

Pirallahı rayonu bizə balaca görünməsin

Milli Məclisin dünənki iclasında Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanun qəbul olunub. Qanun layihəsi barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Pirallahı rayonu Xəzər rayonunun tərkibində olan Pirallahı, Çilov və Neft Daşları adalarının əsasında yaradılıb. Onun sözlərinə görə, rayon ərazisində 18 min nəfər əhali yaşayır.
«Rayonun tərkibində olan adaların böyük turizm potensialı da var», — komitə sədri deyib. Deputat Fazil Mustafa Pirallahıda əmək fəaliyyətinin ziyanlı olduğunu vurğulayıb. O qeyd edib ki, rayonda tibbi xidmətlərin səviyyəsinə xüsusi diqqət ayrılmalıdır. I vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Pirallahı rayonunun yaradılmasında məqsədlərdən biri də orada infrastrukturun inkişaf etdirilməsidir.
İclasda həmçinin «Gəncə şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi» barədə qanun qəbul olunub. Qanuna dəyişiklikdə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazisindən müvafiq ərazinin ayrılaraq Gəncə şəhərinin inzibati ərazisinə əlavə edilməsi qeyd olunur. Komitə sədri Arif Rəhimzadə iclasda bildirib ki, Gəncənin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək. O qeyd edib ki, torpaqların böyük hissəsi dövlət torpaqlarıdır, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Rəhimzadə qeyd edib ki, bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm rol oynayacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 231