Muəllif:

Mustafa Cemilevin Nobel sülh mükafatına namizədliyi irəli sürüldü

Krım tatarlarının lideri Mustafa Cemilevin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. Bu böyük insanın namizədliyi Tatarıstan Ağsaqallar Şurası, Tatar İctimai Mərkəz və Krım-Tatar Xalq Məclisi tərəfindən dəstəklənib.

“Şübhəsiz ki, Mustafa Cemilev bu nüfuzlu mükafata ən layiqli namizədlərdən biridir”, deyə açıqlamada bildirilir.

Fədakar sovet dissidentlərindən biri olan Mustafa Cemilev Stalin dövründə deportasiyaya məruz qalmış xalqını Krıma qaytarılmasını tələb etdiyinə görə həyatının 15 ildən çoxunu həbsxanalarda keçirib.  Krım tatarlarının lideri bundan öncə  2009-cu və 2011-ci illərdə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 417