Muəllif:

Beynəlxalq Uşaq Günü tədbirlərinə Niderlandda bizim sənətçilər də qatılacaq

Aprel ayının 23  tək Türkiyədə deyil, UNESKO- nun qəbul etdiyi qərara görə Beynəlxalq Uşaq Günü kimi qeyd olunur.  Niderlandın Den Haaq Kitabxanası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və “Balad” cəmiyyəti birlikdə həmən gün  iki böyük proqram sərgiləyəcəklər. İlk tədbir, Uşaq bayramı  Den Haaqdakı Transval Kitabxanasında olacaq. Tədbirdə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına məktəbin öyrənciləri milli geyimlərdə milli rəqslərimizi nümayiş etdirəcəklər.

Həmən gün axşam isə Niderlandda yaşayan müxtəlif millətlərdən olan həvəskar şairlərin öz şerlərini oxuması ilə müşayiət olunacaq poeziya axşamı keçriləcək. Tədbirdə Azərbaycandan olan və hazırda Niderlandda yaşayan sənətçilər Firəngiz Bağırova və Elxan Rzayevin ifalarında milli müsiqilərimiz səslənəcək.  Yasəmən Əkbərova və Bənövşə Azizli isə öz şeirlərini oxuyacaqlar.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 228