Muəllif:

Üst-üstə 68 il

Məhəmməd İsmayılov və tanışları — Nicat Səfərov, Elnur Ağayev, Osman Yaqubzadə, Kəmaləddin Quliyev, Azər Rəhimov və Ədalət Yaqubovdan ibarət qrup özgənin əmlakını külli miqdarda ələ keçirmə məqsədi ilə qabaqcadan bir qrup təşkil ediblər. Məhəmməd İsmayılov yetkinlik yaşına çatmayanı: 1994-cü il doğumlu Ədalət Yaqubovu da vədlər verməklə bu cinayətkar fəaliyyətə cəlb edib, ağır cinayətin törədilməsinə nail olub. Eynilə «Oliver Tvistin macəraları»ndan tanıdığımız qoca centlmen Fecin uşaqları tovlayıb cinayət yoluna sürüklədiyi kimi… Məhəmməd İsmayılov və Ədalət Yaqubov tanışları Azər Rəhimov, Kəmaləddin Quliyev, Ədalət Yaqubov, Nicat Səfərov, Osman Yaqubzadə və Emin Ağayev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 noyabr 2011-ci ildə saat 03:30 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni məhəlləsində yaşayan «Səba-broyler» müəssisəsinin məhsullarının satışını həyata keçirən Rasim Cəfərquliyevə məxsus fərdi yaşayış evinə basqın ediblər.
Mütəşəkkil dəstə üzvləri silah qismində istifadə edilən bıçaq, taxta və dəmir parçalarını həmin vaxt evdə olan şəxslərə nümayiş etdirərək onlara hədə-qorxu gəliblər. Daha sonra həmin evə qonaq gəlmiş İman Eyvazovun əllərini yapışqan lentlə və kəmərlə bağlayaraq sonuncunun üzərində olan 250 manat dəyərində «NOKİA 6700» markalı mobil telefonu, bundan başqa digər qonaqlar — Ləman İmanovanın üzərində olan 250 manat dəyərində «NOKİA 6300» markalı mobil telefonu, Elmin Cəfərquliyevin 100 manat dəyərində «SAMSUNQ DUOS» markalı mobil telefonunu və bir ədəd 700 manat dəyərində kişi qol saatını alıblar.
Basqınçılar Rasim Cəfərquliyevə məxsus olan 1.000 manat pulu, onun arvadı Güllü Cəfərquliyevaya məxsus olan üzərindəki 299 manat dəyərində «NOKİA N-8» markalı mobil telefonu, bir ədəd qızıl məmulatdan hazırlanmış 135 manat dəyərində uşaq qolbağı və bir ədəd 155 manat dəyərində sırğanı ələ keçirərək xeyli miqdarda ziyan vurublar.
Bundan əlavə, mütəşəkkil dəstənin üzvləri həmin il noyabrın 25-dən 26-na keçən gecə Tural Bağırovun Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi Həmid Sultanov küçəsi yeni yaşayış massivində yerləşən evinə də basqın ediblər. Onlar Tural Bağırova məxsus 2 min manat pulu, 3 ədəd LCD televizorları, 7 min manat dəyərində brilyant kolyeni, 1300 manat dəyərində İtaliya istehsalı olan qızıl komplekti ələ keçiriblər.
Mütəşəkkil dəstə üzvləri Tural Bağırova məxsus evdən daha sonra 800 manat dəyərində qızıl qolbaq və klon, 700 manat dəyərində brilyant kişi üzüyü, 700 manat dəyərində brilyant qadın üzüyü, 400 manat dəyərində halqa sırqanı, 300 manat dəyərində tək qaş brilyant üzüyü, 100 manat dəyərində gümüş üzüyü, 400 manat dəyərində 3 qatarlı üzüyü, cəmi dəyəri 160 manat olan 2 ədəd klonu, 500 manat dəyərində olan qızıl qolbağı, 300 manat dəyərində olan tək qaş sırğanı, cəmi 1000 manat dəyərində olan 2 ədəd sep, 1 quran klonu, 500 manat dəyərində olan qadın «romaşka» üzüyü, 200 manat dəyərində bir ədəd rəqəmsal fotoaparatı, 30 manat dəyərində olan bir ədəd peyk blokunu, cəmi dəyəri 120 manat olan iki ədəd ətri, 50 manat dəyərində «DVD»-ni, 760 manat dəyərində bir ədəd «Ayfon» mobil telefonunu, Rusiya istehsalı olan 2 ədəd cəmi dəyəri 100 manat olan təkərləri gizli yolla talayıblar. Bununla da mütəşəkkil dəstənin üzvləri araq Tural Bağırov cəmi 19.920 manat dəyərində külli miqdarda ziyan vurublar.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Azər Rəhimov 11 il, Məhəmməd İsmayılov 10 il 6 ay, Kəmaləddin Quliyev 10 il 6 ay, Nicat Səfərov 10 il, Osman Yaqubzadə 10 il 6 ay, Emin Ağayev 10 il 6 ay, Ədalət Yaqubov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184