Muəllif:

Rusiya 48 Azərbaycan vətəndaşını axtarışa verib

Dünya sən dediyin qədər də böyük deyil. Günəş altında yer axtararkən getdiyin ölkədə qanunları pozsan və geri qaçıb gəlsən, yaxalanıb oraya qaytarılacaq və orada müttəhimlər kürsüsündə əyləşdiriləcəksən. İndi dövlətlərarası razılaşmalara əsasən, praktika belədir. Budur, Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti (NDNFX) biri qadın olmaqla 48 Azərbaycan vətəndaşı barəsində axtarış elan edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə NDNFX-nin rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Federal Xidmətin axtarış siyahısında narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan vətəndaşları ilə yanaşı Tacikistan, Qazaxıstan, Ermənistan, Gürcüstan və Rusiya vətəndaşları da var. Beynəlxalq və federal axtarışa verilən Azərbaycan vətəndaşlarından başqa siyahıda Rusiya vətəndaşı olan 10 azərbaycanlı da yer alıb.
Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən beynəlxalq və federal axtarışa verilə Azərbaycan vətəndaşları bunlardır:
1)Tovuz rayon sakini, Rzayev Azər Əşrəf oğlu (1977).
2) Rəsulov Elşən Məhrəddin oğlu (1977).
3) Hacıyev Məhərrəm Böyükkişi oğlu (1956).
4) Ağabalayev Samir Fazil oğlu (1981).
5) Cəlilabad rayon sakini Məhərrəmov Şöhrət Mirzağa oğlu (1981).
6) Xudiyev Pərviz Əziz oğlu (1981)
7) Şirvan rayon sakini Yaqubov Qurbanəli Zülfüqar oğlu (1957).
8) Ucar rayon sakini Rüstəmov Ruslan Elxan oğlu (1982).
9) Sadıxov Vilayət Qulam oğlu (1965)
10) Ucar rayon sakini Rüstəmov Müşfiq Elxan oğlu (1970).
11) Qubadlı rayon sakini Məmmədov Yaşar Kamal oğlu (1976).
12) Nağıyev Alim Qiyas oğlu (1976).
13) Mahmudov Elman Zellabdın oğlu (1971).
14) Tovuz rayon sakini İsrafilov Habil Rasim oğlu (1979).
15) Tovuz rayon sakini Ələkbərov Ramiz Mamed oğlu (1972).
16) Zaqatala rayon sakini Comayev İbrahim Şaban oğlu (1969).
17) Biləsuvar rayon sakini Məmmədov Mətləb Polad oğlu (1975).
18) Astara rayon sakini Qulamov Azər Səmədağa oğlu (1961).
19) Astara rayon, Şiəkəran kənd sakini Abbasov Sadıq Ağamalı oğlu (1961).
20) Mehdiyeva Esmira Nizam qızı (1978).
21) Lənkəran şəhəri sakini Bağırov Firdovsi Qəzənfər oğlu (1960).
22) Əzizov Mirislam Beytulla oğlu (1963), (beynəlxalq axtarışa verilib).
23) Şərur rayon sakini Seyidov Zal Mirabdulla oğlu (1968).
24) Zaqatala rayon Muxax kənd sakini Həsənov İkram İbrahim oğlu (1968).
25) Yevlax rayon Xaldan kənd sakini Məmmədov Nurlan Mais oğlu (1959).
26) Bakı şəhəri sakini Abdurraxmanov Rauf Afizoviç (1961).
27) Astara rayonu sakini Babayev Elçin Qüdrət oğlu (1969).
28) Məhərrəmov Zaur Mədət oğlu (1975).
29) Sabirabad rayon sakini Əsədullayev Şükür xanoğlan oğlu (1970).
30) Lənkaran rayon Şağləsər kəndi sakini Əsədullayev Cəmil Kamil oğlu (1961).
31) Salyan rayon Arbatan kənd sakini Əliyev Rəafil Mikayıl oğlu (1965).
32) Həsənov Məmməd Hüseyn oğlu (1955).
33) Bakı sakini Qumriyev Teyyub Ağamehdi oğlu (1961).
34) Kərimov Vaqif Hüseyn oğlu (1965).
35) Qzıyev Mübariz Qusuy oğlu (1963).
36) Lənkəran rayon Səpnəkaran kənd sakini Xəlilov Zamin Əvsəddin oğlu (1985).
37) Qədirov Şahin Qədir oğlu (1980).
38) Abdullayev Mahir Məhərəm oğlu (1968).
39) Ələkbəriv Nəsimi Əli oğlu (1976).
40) Əhmədov Altay Nizamı oğlu (1983).
41) Əhmədov Eldəniz Namaz oğlu (1977), (beynəlxalq axtarışa verilib)
42) Babayev Elman Nemət oğlu (1970).
43) Bağırov Anar Ziyafət oğlu (1984).
44) Zamanov Niyaməddin Nizami oğlu (1981).
45) Şıxıyev Fuad İlqar oğlu (1980).
46) Şabran rayon sakini Mustafayev Pərviz Teyfur oğlu (1974)
47) Həşimov Əbdüləzim Əbdülrəşid oğlu (1951).
48) Masallı rayon sakini Məmmədov Nurməmməd Əlihüseyn oğlu (1952).
Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin axtarış siyahısında olan bu şəxslər RF CM 228, 229, 230, 231 və 232-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə beynəlxalq və federal axtarışa veriliblər. Bu şəxslər təbii ki, bir gün tapılacaq və qanunun sərt üzü ilə rastlaşacaqlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1012