Muəllif:

«Oğru mahnıları» ixtilaf salıb…

Prokurorun səsləndirdiyi ittihamdan məlum oldu ki, Vüsal Məmmədov iyulun 8-də Bakının Sabunçu rayonundakı 3 saylı kliniki xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyindən həkimlər onun həyatını xilas edə biliblər.
Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsi faktla bağlı ilkin olaraq Cinayət Məcəlləsinin 126.1 maddəsi üzrə (qəsdən sağlamlığa ağır zərər yetirmə) cinayət işi başlanıb. O gün gecə 12-ci polis bölməsinin əməkdaşları Rauf Musayevi (24 yaşında) «Koroğlu» stansiyası yaxınlığında şübhəli şəxs qismində saxlayıblar. O, müqavimət göstərdiyindən qolları qandallanıb. Bölmədə qollarını açılmasını istəyən şübhəli şəxs lampanı qıraraq bir hissəsi ilə boğazına xəsarətlər yetirib. İş üzrə təyin edilən tibbi-ekspertiza müəyyən edib ki, Vüsal Məmmədov qarın nayihəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb.
İlkin istintaq zamanı müəyyən olunub ki, Masallı rayonunun Kalinovka kəndində pasport qeydiyyatında olan Rauf Musayev Sabunçu rayonunda Məmmədovla birgə mənzil kirayələyib.
Həmin gecə tanışları Elvin Əmrahov onlara qonaq gəlib, birlikdə bir neçə şüşə pivə içib, musiqiyə qulaq asıblar. Həbsxana həyatı, oğru dünyasına dair mahnılardan birinin üstündə mübahisə yaranıb. Rauf Musayevin ifadəsinə görə, Vüsal Məmmədov «oğru qanunları» ilə yaşayanları təhqir etməyə başlayıb. O da keçmiş məhbus kimi özünü təhqir olunmuş hesab edib və bıçağa əl atıb. Məmmədovu xəstəxanaya Elvin Əmrahov çatdırıb. Onu da əlavə edək ki, Rauf Musayev 2007-ci ildə Səbail rayon məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə məhkum edilib.
Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirkar hesab edib. Törətdiyi əmələ görə, peşmandır. Məhkəmə isə davam edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 416