Muəllif: İbrahim Nəbioğlu

KORONAVİRUS KABUSLU ÜÇ AY

Üç ay keçdi. Üç ilə bərabər üç ay… Korona ilə bağlı ilk məqaləm “Ayna”da bu ilin yanvarında çıxmışdı. FB-da ilk koronavirus postumu isə daha əvvəl yazmışdım. Əgər 3 ay əvvəl bu sahənin adamı olmayan biri problemi, fəlakətin ayaq səslərini görür, hiss edirsə, dünyanın ən böyük dövlətləri bunu necə gözdən qaçırdılar, belə bir məsuliyyətsizliyə necə yol verdilər? Bu sualı çağımızın ən böyük virusologiya mərkəzlərinə — Berlindəki Robert Koch institutuna və ya Charite klinikalarına da ünvanlamaq olardı əslində.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Frau Merkelin bir cümləsi…

 Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır? Moskvanın Vnukovo hava limanında  təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadə ikinci mərtəbəyə qalxıb çay içməyi təklif etdi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

AMERİKA: DƏYƏRLƏRDƏN KAPRİZLƏRƏDƏK…

Media “qayda”ları ilə bir azacıq ziddiyyət təşkil etsə də və bizim millidən milli jurnalistikamızı gözdən sala bilsə də, sizə jurnalistika mətbəximizin çox kiçicik sirrini açacam: artıq yazılı mediada da prezidentlər V.Putini və R.T.Ərdoğanı tənqid etmək mümkün deyil, çünki bu iki şəxs Azərbaycanın çox böyük dostları sayılırlar. Özəlliklə də qardaş Türkiyənin prezidentilə bağlı çox ciddi tabu mövcuddur: bəzi saytlarımızda hələki prezident V.Putini azacıq “məzəmmət” etmək mümkün olsa da, R.T.Ərdoğan tamam-kamal toxunulmaz bir şəxs hesab edilir.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

On yeddi il əvvəl dünya necə eybəcərləşdi?..

  Öncə onu deyək ki, nə qədər eybəcərləşsə də, nə qədər dözülməz hala gəlsə də, bizim başqa Dünyamız yoxdur – çox təəssüf ki, insan yalnız yaşa dolandan sonra belə sadə həqiqətləri başa düşməyə başlayır və sənə ətrafdakı hər şey, hətta asfaltın altından boy atıb çıxan adicə ot və yaxud da yarpaqlar üzərində yığılan şeh belə möcüzə kimi görünür… Bəlkə elə məhz bunun nəticəsidir ki, yaşa dolduqca Dünyanın nizamı bizi daha çox düşündürür, sanki hər birimiz haqqında özündə

Tam mətn
Muəllif: Rauf Mirqədirov

ÜMİD ALLAHA QALIB

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşmaqdadır. Söhbət yalnız nazirlərə qarşı qarşılıqlı sanksiyalardan getmir. Əslində Vaşinqtonun Türkiyə hökumətinin iki nazirinə qarşı tətbiq etdiyi sanksiyalar “cızığından çıxmış” prezident Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq,  dünya bazarlarına və aparıcı beynəlxalq oyunçulara ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin başlanması ehtimalının gerçəkliyi haqqında ciddi bir mesaj idi.Vaşınqton bu xəbərdarlığa rəsmi Ankara tərəfindən adekvat reaksiya gözləyirdi. ƏRDOĞAN “ŞİR ÜRƏYİ YEYİB” Ərdəğansa “şir ürəyi yediyini” nümayiş etdirməyi qərara aldı.

Tam mətn
Muəllif: Zülfüqar Rüfətoğlu

Tramp niyə Qorbaçov ola bilmədi?

Donald Trampın ABŞ seçkisindəki gözlənilməz qələbəsinə bütün dünyada, hətta Amerikanın özündə də ruslar qədər sevinən yox idi. Rusiyada isə ən çox sevinənlərdən biri də “KGB”nin mürtəce “Russia Today” media qurumunun baş redaktoru Marqarita Simonyan olmalıydı. Marqarita xanımın sevinmək üçün yəqin ki, əsası vardı, çünki Qərb kəşfiyyatının materiallarına görə, Ekvadorun Londondakı səfirliyində əsir olan Wikileaks başçısı Assanj (Assange) ilə məxfi şəkildə görüşən o, olmuşdu.

Tam mətn