Muəllif: Elçin Şıxlı

Kondor

Toplantı iştirakçıları tolerantlıq, insanpərvərlik, beynəlxalq hüquq, münaqışələr və daha nə bilim nələr barədə qızğın müzakirələr aparırdılar. Mənim fikrimsə iri pəncərələrdən açılan mənzərədə – yamacboyu bitən çılpaq ağacların arasından ağaran qarda və ta Xəzərə kimi göz işlədikcə uzanan mavi ənginlikdə idi, çünki Bakıda nə qar vardı, nə də gözə dinclik verən bu genişlik. Nəzərlərimi pəncərədən çəkib içəri baxdığımda müzakirənin bir qədər də qızışdığını gördüm və darıxdım. Yerimdən qalxıb zaldan çıxdım. Ürəyim yaman döyünürdü.

Tam mətn