Filarmoniya bağında gerçək bir kitab bayramı idi
Doğrudan da bu gün paytaxtın Filarmoniya bağında gerçək bir kitab bayramı idi. Kitab köşklərinin qarşısında basabas vardı, kassalar bir əldən çek vurur, rəflərə düzülmüş kitablar vərəqlənir, hər tərəfdə əli və qoltuğu kitablı adamlar dolaşır, skamyalarda, bağın kölgəli yaşıllıqlarında ağaclara dirsəklənib kitab oxuyan gənc qızlar və oğlanlar öz dünyalarında idilər. Ən…