Muəllif: Elçin Şıxlı

Kondor

Toplantı iştirakçıları tolerantlıq, insanpərvərlik, beynəlxalq hüquq, münaqışələr və daha nə bilim nələr barədə qızğın müzakirələr aparırdılar. Mənim fikrimsə iri pəncərələrdən açılan mənzərədə – yamacboyu bitən çılpaq ağacların arasından ağaran qarda və ta Xəzərə kimi göz işlədikcə uzanan mavi ənginlikdə idi, çünki Bakıda nə qar vardı, nə də gözə dinclik verən bu genişlik. Nəzərlərimi pəncərədən çəkib içəri baxdığımda müzakirənin bir qədər də qızışdığını gördüm və darıxdım. Yerimdən qalxıb zaldan çıxdım. Ürəyim yaman döyünürdü.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Azadlıq yolunda qalxan bir vuruş…

bu vuruşu niyə cəsurluq, qəhrəmanlıq və milli birlik rəmzinə çevirə bilmirik? Tarixdə baş vermiş istənilən hadisənin yaddaşlarda öz konkret adı, obrazı və dəqiq simvolları olur. Bu mənada 20 Yanvar faciəsinin şahidi və iştirakçısı olmuş insanların şüurunda o hadisələr təkcə sovet ordusunun Bakıya amansız basqını, cəza dəstələrinin silahsız insanları gülləbaran etməsi, gecənin bağrını yaran yaylım atəşləri və tank tırtıllarının qorxunc səsi ilə yadda qalmayıb.

Tam mətn
Muəllif: Administrator

20 Yanvar

20 Yanvarın 29-cu ildönümü ərəfəsində olub keçənlərə bir daha nəzər salmışıq.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Mətbuat və azadlıq

Beynəlxalq Mətbuat Azadlığı günü. Sözə fikir verin ha. Beynəlxalq Mətbuat Azadlığı günü. Necə gözəl səslənir. Necə gurultulu səslənir. Adamın ürəyinə lap yağ kimi yayılır. Mətbuat- bizim sevimli işimiz. Cəmiyyətin aynası. Azadlıq — hamının olmaq istədiyi tövr və mətbuatın olmalı olduğu durumlardan biri. Yəni zatən mətbuat varsa azad olmalıdır. Azad deyilsə demək ki yoxdur. BMT də iş tapmayıb. Götürüb belə bir gün təsis edib. Yəni mətbuata azadlıq günü keçirir. Dedim axı, mətbuat varsa, azad olmalıdır.

Tam mətn
Muəllif: Seymur Kazımov

Mətbuat azadlığı günündə Azərbaycan mətbuatının günü

3 May Ümumdünya Mətbuat Azadlığı günüdür. 13 ildir ki, Azərbaycan jurnalistləri bu bayramı fərqli atmosferdə qeyd edir. Bir qrup hər il toplaşaraq mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edir, sonra medianın problemlərindən danışaraq təkliflər hazırlayır və hökumətə təqdim edir ki, medianı “ağ günə” çıxarsın. İkinci qrup bu günü şad, təmtəraqlı şəkildə qeyd edir, birinci qrupun etirazlarını qəbul etmir və iddia edir ki, mediamız elə “ağ günün” içərisindədir. Hər il Elmar Hüseynovun məzarını ziyarət edənlərin sayı da azalır.

Tam mətn
Muəllif: Aytən Məmmədova

Azadlıq oğurluğuna iki manatlıq şəriklik…

Hardasa, bir ilin söhbətidir, ilahiyyatçı Taleh Bağırzadə ilə birlikdə hakim qarşısına çıxarılanlardan biri dövlət hesabına təyin olunmuş vəkilin üzünə tüpürüb, onu zaldan qovmuşdu. “Belə vəkil olar?! Bu adam “banditizm”dəkilərə qoşulub məni döyürdü”, – müdafiəçiyə qarşı aqressiyasının səbəbini belə izah eləmişdi… Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və  İnzibati Prosessual məcəllələrə planlaşdırdığı dəyişikliklər haqda oxuyanda bu hadisə yadıma düşdü. Ali Məhkəmə parlamentə dəyişiklik layihəsi göndərib.

Tam mətn
Muəllif: Redaksiya

Korrupsiyadan yazan jurnalistlər mükafat olaraq noutbuk aldılar

Korrupsiyadan yazan jurnalistlər mükafat aldılar. “Media və korrupsiya” mövzusunda müsabiqədə 6 ən yaxşı jurnalist araşdırması seçilib. Müsabiqə Yeni Nəsil jurnalist təşkilatı tərəfindən “Avrasiya” beynəlxalq əməkdaşlıq fondu və Niderland XİN-in dəstəyi ilə keçirilib. Müsabiqədə məqsəd korrupsiya problemini işıqlandıran jurnalistləri təşviq etmək idi. Yeni Nəsil rəhbəri Arif Əliyev qeyd edib ki, korrupsiya…

Tam mətn