Muəllif: İbrahim Nəbioğlu

İRFAN, ARTEMİS və NAVAHOLAR

Dostum İrfan Otuz ildir tanıyıram onu. Bakıda təsis etdiyi “Avrasiya” qəzetinin köşə yazarı da olmuşam. Günaydın, Sabah, Hürriyet, Star qəzetləri, Sipa və Gamma (Fransa), DHA, ATA, Anadolu Ajansı agentlikləri, TGRT, BBC, Kanal D, TRT televiziya kanalları kimi ciddi media quruluşlarında çalışıb. Türkiyənin ən məşhur jurnalistlərindən və savaş müxbirlərindən biridir İrfan Sapmaz. İki il əvvəl ona CNN Türk kanalının rəhbəri vəzifəsini təklif etdilər.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Tarixi dəyişdirən jurnal

(VERNER FON BRAUN -2) Məktəbli ikən hər il sentyabr ayının sonlarında evimizdə gələn il üçün qəzet və jurnallara abunə təlaşı başlayırdı. Bütün ailə fərdləri toplanır, hər kəs istəyini dilə gətirirdi. Abunəlik kağızlarını doldurarkən hamının zövq və maraqları diqqətə alınırdi. Seçim haqqıma baxmayaraq atamın məcburi gördüyü çap orqanları da vardı. Onlardan birini sevmirdim, yolda itib-batmasını arzulayır, poçt qutumuza düşməsini istəmirdim.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

TARİXİ DƏYİŞDİRƏN SS ZABİTİ

  (VERNER FON BRAUN -1) Alman krallarının sülaləsindəndir. Dünya şöhrətli alim və mühəndis, rəssam, təyyarəçi və dalğıc, çox sayda elmi-populyar məqalə, fantastik hekayə, kitab və ssenari müəllifi, virtuoz piano və violonçel ifaçısı idi. Ona kosmik eranın qapısını açan bir messiya deyirlər. Mənim üçün hər zaman sirli və əsrarəngiz bir dahidir o… 2017-ci ilin oktyabr ayında “İlon Mask. Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə” kitabının tərcüməsinə başlamışdım. Elə ilk səhifələrdə onun adına rast gəldim.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

AMERİKA: DƏYƏRLƏRDƏN KAPRİZLƏRƏDƏK…

Media “qayda”ları ilə bir azacıq ziddiyyət təşkil etsə də və bizim millidən milli jurnalistikamızı gözdən sala bilsə də, sizə jurnalistika mətbəximizin çox kiçicik sirrini açacam: artıq yazılı mediada da prezidentlər V.Putini və R.T.Ərdoğanı tənqid etmək mümkün deyil, çünki bu iki şəxs Azərbaycanın çox böyük dostları sayılırlar. Özəlliklə də qardaş Türkiyənin prezidentilə bağlı çox ciddi tabu mövcuddur: bəzi saytlarımızda hələki prezident V.Putini azacıq “məzəmmət” etmək mümkün olsa da, R.T.Ərdoğan tamam-kamal toxunulmaz bir şəxs hesab edilir.

Tam mətn
Muəllif: Arif Əliyev

Facebook-da İnqilab kabusu

«Alə, qərar verin də, Rusiyadır burada inqilab eləyən, ya Amerika?» Neçənci dəfədir ki, Facebook-da inqilab hazırlığı barədə xəbərlər yayılır və «sosial şəbəkə»nin nə demək olduğunu dəqiq təsəvvür etməyən bir çox siyasətçilərlə yanaşı, mötəbər yerli, xarici təşkilatların da narahatçılığına səbəb olur. Bu dəfə Azərbaycanda rəsmi fəaliyyət göstərən ABŞ Milli Demokratiya…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Dollar yenə təhdid mənbəyinə çevrilir

Həftə ərzində manatın dollara nisbətən bahalaşması davam edib. «İqtisadi forum» jurnalına görə, ABŞ valyutası Azərbaycanda son 14 ildə ən aşağı həddə düşüb. Yəni rəsmi məzənnə yanvarın 30-da 1 dollar üçün 78,44 qəpik təşkil edib. Bu son 14 ildə ən aşağı səviyyədir. MB 23 mart 1999-cu ildə ABŞ valyitasının manata…

Tam mətn