Muəllif: İbrahim Nəbioğlu

ÇERNOBIL: YALANIN BƏDƏLİ

1986-cı ilin isti yay günlərindən birində Kiyevdə küçədə gedərkən şiddətli yağışa yaxalandım. Dabanıma qədər islanmışdım. Yağışdan qorunmaq üçün qaçıb özümü böyük bir şabalıd ağacının altına verdim. Yağış o qədər şiddətli idi ki, damcılar ağacın yarpaqlarından sürüşüb başıma düşürdülər. Yoldan keçənlər çaşqın baxışlarla məni süzürdülər. Birdən onlardan biri “Ağacın altında durmaqdan qorxmursanmı?” deyə bağıraraq yaxamdan yapışaraq məni ağacın altından kənara itələdi. Ayağım sərt bir şeyə ilişdi, şappıltı ilə üzüstə gölməçəyə düşdüm. Qalxanda üstüm-başım kirli-pasaqlı su içində idi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

ARAQ İÇMƏK YAXŞIDIR, YOXSA “İYNƏLƏNMƏK”?..

Bəlkə də yaşımın bu çağında bu mövzuya müraciət etməyim mənim üçün heç də məqbul sayılmayacaq. Amma hamı kimi mənim də arabir rayonlara yolum düşür və əyalətlərdə getdikcə bir detal daha çox nəzərə çarpmağa başlayır; spirtli içkilər satmayan kafe və restoranların, hətta dükanların sayı artır… Ola bilsin, kimsə səbrsizlik edib dərhal “Burada nə var ki? Lap yaxşı! Biz də müsəlman oluruq!” deyəcək. Amma mən tələsməyi heç məsləhət bilməzdim.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Kənd idilliyası: araq, qoyun oğurluğu, bıçaqlanma

Lənkəran rayonu Gərmətük kənd sakini Sadiq Bədəlov xırdabuynuzlu heyvanlarının həmkəndlisi və uşaqlıq dostu, 19 yaşlı Pəhman Vəlizadənin oğurlamasından şübhələnirmiş, bu zəmində araları dəyibmiş. Pəhman Vəlizadə 2011-ci il noyabrın 11-də, saat 21 radələrində çayxanaya gedərkən Sadiq Bədəlovun dostları Yadigar Vəliyev, Əbdül Məmmədov və Natiq Tarverdiyev ilə birlikdə yeyib-içdiklərini görür. O, başqa…

Tam mətn