Muəllif: İbrahim Nəbioğlu

Qardaşımla bir şahmat oyunu

Bin cihana değişmem Şu öksüz Türk’lüğümü Orta məktəbin son sinfində oxuyurdum. Qəbul imtahanlarına hazırlaşırdım. Qardaşım mane olmasın deyə şahmat fiqurlarını taxtaya düzüb qurdalanırdı. Hava isti və bürkü idi. Mağazaya getmək lazımdı. Qardaşım şahmatı yenicə öyrənirdi, oynayan tapa bilmirdi. Atamın vaxtı yoxdu, mənim isə hövsələm. Dedim ki, gəl şahmat oynayaq, uduzan mağazaya getsin. Rəşad uduzacağını bilirdi, razılaşmadı. Məndən balacadır qardaşım, başını tovladım, “Vəzirsiz və bir atsız oynayacam” dedim. Gedib anama nə dedisə gəlib razılaşdı.

Tam mətn
Muəllif: Seymur Kazımov

Futbol da bir dünyadır — Azərbaycan isə bu dünyadan deyil

Ağdamda Qarabağ xanının sarayı və xanların məzarları olan türbələrin yerləşdiyi İmarət adlı kompleks vardı. Yəqin ki, indi də var, amma işğal altındadır. Xanlara məxsus sarayın həyətinin bir tərəfində gözəl bağ, digər tərəfində isə geniş, ətrafı çinarlarla dövrələnmiş meydança da vardı. Bu meydança Ağdamın Qarabağ futbol klubunun stadionu idi. Daha dəqiq ifadə etsək, Qarabağ xanlarının qış iqamətgahı yerləşən İmarətin həyətindəki stadion. İndi Quzanlıda — Olimpiya Kompleksinin arxasında baxımsız vəziyyətdə bir stadion var.

Tam mətn
Muəllif: Redaksiya

Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır

Real Madrid Fondu Bakıda sosial futbol məktəbi açır. Bu məsələ Madriddə Santiaqo Bernabeo stadionunda AR Gənclər və İdman Nazirliyi və Real Madrid Fondu (Fundación Real Madrid) arasında yeni imzalanmış əməkdaşlıq müqaviləsində yer alır. Qarşıdakı 5 ili əhatə edən bu əməkdaşlıqda əsas məqsəd «Uşaqları futbola cəlb etməklə sağlamlıqlarının qorunması və cəmiyyətə…

Tam mətn
Muəllif: İlham Rəfiyev

“Qəbələ”də hollandiyalı mütəxəssis

Uşaq futbolu sahəsində zəngin təcrübəyə malik olan və xeyli uğurlar əldə edən Stenli bundan sonra ölkəmizdə çalışacaq. Ölkədə uşaq futbolunun inkişafına xüsusi önəm verən “Qəbələ” Futbol Klubu tanınmış hollandiyalı mütəxəssis Stenli Brardla 3 illik müqavilə bağlayıb. Mütəxəssis növbəti mövsümdən vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Brard bundan əvvəl “Feyenoord”…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

25 nəfərə 1 kitab

Pyer Burdye (Pierre Bourdieu — 1930-2002) görkəmli fransız sosioloqudur, poststrukturalizmin ən parlaq nümayəndələrindən biridir. Onun kitabları sosiologiyada ən çox müraciət edilən təməl əsərlərdən sayılır. Burdye «Dünyanın yoxsulluqları», «Hərəkət üçün səbəb» kimi kitabları və vətəndaş mövqeyinə görə bəzi alimlər tərəfindən kəskin tənqid edilmişdir. Onun «Simvolik kapital» və «Simvolik şiddət», «Habitus»,…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Yozef Blatter Azərbaycana inanır

FİFA prezidenti Yozef Blatter affa.az saytına müsahibəsində deyib ki, Azərbaycana inanır, əmindir ki, mötəbər turnirlərə əla ev sahibliyi edə bilərik. O qeyd edib ki, hər növ turnirlər, eləcə də çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır. «Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Azərbaycan futbolu: 2012-ci il nə göstərdi?

2012-ci ildə Peşəkar Futbol Liqasının bayrağı altında 8 turnir keçirilib. Bunlar 4 müxtəlif yarışın 2 mövsümü əhatə edən hissələridir. Yəni Unibank Premyer Liqasında 2011/12, Topaz Premyer Liqasında 2012/13, Azərbaycan kuboku, əvəzedicilərin çempionatı və I divizionda isə hər 2 mövsümün 2012-ci ilə təsadüf edən bölümləri. Peşəkar Futbol Liqasının rəsmi saytının…

Tam mətn