Muəllif: Zülfüqar Rüfətoğlu

Taclı virus — taclıların qənimi

Son 20-30 ildə dünya koronavirussuz da kökündən dəyişmişdi. Bəşəriyyətin inkişafında belə sıçrayışlı tərəqqi zamanları hər əsrdə olmur. 1990-cı illərin əvvəllərində əlində əl telefonu olanları barmaqla saymaq olardı, amma artıq 1990-ların sonunda bu qitədən o qitəyə videozənglər edilirdi. Gen mühəndisliyi, süni təfəkkür, böyük rahatlıq həm də böyük sərvət gətirirdi. Adamlar hansısa məqamda bütün bunları demokratiya və azadlığın gətirdiyini unutmuşdular. Bu səbəbdən də sovet-rus imperiyasının cəngindən qurtaran millətləri elə öz soydaşları müti köləyə, azad respublikaları monarxiyaya çevirdilər.

Tam mətn
Muəllif: Administrator

Söz-2

Təsəvvür edin ki… Söz canlı bir insandır. Cümlə-ailədir. Hekayə-cəmiyyətdir. Yerinə düşməyən, yerində olmayan bir söz cümləni yaman günə qoyduğu kimi, bircə naqolay cümlə də hekayəni bərbad vəziyyətə sala bilər. O cür də adamlar. Hekayə səhv-sühv yazılmış sözlər və »qırılmış-sındırılmış budaq» cümlələri ilə dolu olsa da, onun qırxləçək qızılgül kimi ətirli, romantik, gözəl cümlələri də var. (Qonşumuz bizim balkonda çəlləkdə əkdiyimiz o gülə »kitayskaya roza» deyirdi.

Tam mətn
Muəllif: Admin_ayna

Türkiyənin ilk qadın vəkili – Şuşalı qız

Türkiyənin öncül və başarılı qadınlarından danışılanda ilk adı çəkilən, fəxrlə anılan qadınlardan biri də Sürəyya Ağaoğludur. Sürəyya Ağaoğlunun adı Türkiyədə ilk qadın vəkil, qadın və uşaq hüquq müdafiəçisi kimi tarixə düşüb. O, İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olan ilk qız, Türkiyə tarixində ilk qadın vəkildir. Sürəyya Ağaoğlu 1903-cü ildə hal-hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərində, Qarabağda anadan olub. Atası böyük fikir adamı, mütəfəkkir, yazıçı və siyasətçi  Azərbaycan Demokratik Cümhuriyyətin önəmli isimlərindən Əhməd Ağaoğludur.

Tam mətn
Muəllif: Administrator

Azad düşüncənin sonsuz üfüqü

Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”. Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. İnsan şüurunu aydınladansa bilikdir. Biliklərə yol isə mütailədən keçər. Etiraf edək, insanlarımız az mütailə edir. Aydınlanmaq – bilgilənmək bütün zamanların hökmü olub. Hazırkı internet əsrində xüsusən. *** Qonşu Ermənistanda son demokratik gəlişmələrin səbəblərindən biri də, şübhəsiz, bu ölkənin bilgilərə açıq olmasıdır. Məlumatlanmanın, öyrənmənin yeni yollarını axtarır, hər fürsətdən yararlanırlar.

Tam mətn
Muəllif: Rafiq İsmayılov

MİLLİ TƏƏSSÜBKEŞLİK: EMOSİONALLIQ, YOXSA RASİONALLIQ?

İTV-də debat rusdilli ictimaiyyəti sakitləşdirdi. Bununla da gözümüz önündə günbəgün dəyişən İctimai kanal öz media funksiyasını yerinə yetirdi: cəmiyyətdə gərginliyi yumşaltmaq üçün problemdən qaçmadı, onun üstünə yeridi. Azər Həsrət məqaləsində qıcıq yaradan bir sıra fikirlərin qələt olduğunu etiraf etdi. Məlum oldu ki, onun arqumentləri də yanlış imiş, çünki real faktlara söykənmirdi. Hətta faktlar doğru olsa belə… Məgər qəbul imtahanlarında 700 bal toplamaq yüksək intellekt göstəricisidir?

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

İNŞALLAH, ELİNA SAĞ QALMAZ…

İntihar heç də deyildiyi kimi, ümidlərin öldüyü son nöqtə deyil, əksinə, yeni ümid başlanğıcı, daha gözəl həyat arayışıdır. Bu, bir ümiddən daha böyüyünə, daha etibarlısına keçid cəhdidir. Dinlər yaranmasaydı, bəlkə bu ikinci (daha böyük) ümid də yaranmazdı. Əminəm ki, dinlərin »o biri dünya»nı kəşf etməsinə qədər heç bir insan intihar etməyib… Vəhşi heyvanlar parçalayıb, xəstəlikdən ölüblər, döyüşdə həlak olublar, təbii fəlakətlər aparıb, ancaq intihar etməyiblər.

Tam mətn
Muəllif: Seymur Kazımov

Qonşular seçir, biz sevinir və kədərlənirik

2015-ci ilin 1noyabrında həm Azərbaycan, həm də Türkiyədə Parlament seçkləri keçirilirdi.  Və həmin gün azərbaycanlıların əksəriyyəti ekranların qarşısına keçdi, sandıqların açılmasını səbirsizliklə gözləməyə başladı… amma Türkiyədə.

Tam mətn