Reyhan Yusifqızı

Nə üçün

Onlar İçərişəhər metrosuna tərəf gedirdilər. İti addımlarla gəzməyə alışmış Jalə oğlunun əlindən tutmuşdu, onu az qala darta-darta ardınca aparırdı. Bir an dönüb əsəbi halda oğluna baxdı, amma uşağın məsum üzünü görən kimi ürəyi yumşaldı, hətta onun halına gülümsədi: — Röyal, yəni məktəbdə o qədər yorulmusan ki, indi ayağını sürüyə-sürüyə gedirsən? Mızıltı eşidildi. İçərişəhər metrosunun qarşısına çatanda Röyal qəflətən dartınıb anasının əlindən çıxdı və üzüaşağı, parka tərəf qaçmağa başladı. Jalə özünü itirdi.

Tam mətn

XXI əsrdə həyat

“Əlindəki çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək” L.Zadə “Səhərdir. Siz fərdi knoubotdan (knowledge robot) bu günün iş cədvəlini, vacib tədbirlərin siyahısını dəqiqləşdirirsiniz. Sonra ALV-yə (Autonomous Land Vehicle) əyləşirsiz və o sizi ən qısa zamanda, optimal yolla ofisinizə aparır. Yolda siz şəbəkə vasitəsilə Havay adalarına tur sifariş edir və online alış-veriş edirsiniz. Aviabiletlər, konsertə və ekskursiyaya bilet, tələblərinizə və büdcənizə uyğun oteldə ismarıc etdiyiniz yerlər barədə bildiriş, həmçinin, aldığınız mallar bir neçə saatdan sonra ünvanınıza çatdırılır.

Tam mətn