Seymur Kazımov

Qonşular seçir, biz sevinir və kədərlənirik

2015-ci ilin 1noyabrında həm Azərbaycan, həm də Türkiyədə Parlament seçkləri keçirilirdi.  Və həmin gün azərbaycanlıların əksəriyyəti ekranların qarşısına keçdi, sandıqların açılmasını səbirsizliklə gözləməyə başladı… amma Türkiyədə.

Tam mətn

Təsəvvürümüzdəki ziyalılar…

Martın 1-də dövlət başçısının bir qrup mədəniyyət xadimi ilə görüş keçirildi. Görüş və görüşdəkilər barədə uzun yazmağa gərək yoxdur. Heç, səslənən fikir və təkliflərə də toxunmağa gərək yoxdur. Amma cəmiyyətdə xəyal qırıqlığı yaratdığı dəqiqdir. Bu görüş Sovet Azərbaycanının və bir qədər də müasir Azərbaycan mədəniyyətinin siması idi. Yəni, köhnə və cavan nəsil nümayəndələri eyni görüşdə iştirak edirdi.  Aydındır ki, mədəniyyət xadimlərindən atom parçalanması, Kvant fizikası ilə bağlı təkliflər səslənməyəcəkdi.

Tam mətn

İnsanlığın qəddarlıq, vəhşilik üzərindən çıxarmalı olduğu dərslər

“Əziz atam! Ölümqabağı səninlə sağollaşıram. Biz yaşamaq istəyirik, amma imkan vermirlər. Mən ölümdən çox qorxuram, çünki balaca uşaqları sağ ola-ola məzarlara atırlar. Əlvida, möhkəm-möhkəm öpürəm”. Bu yazı, anası Slatanın atasına ünvanladığı məktuba 12 yaşlı Cudit Vişnyatskayanın  əlavə etdiyi cümlələrdir. Məktubu Sovet əsgərlərindən biri Polşanın şərqindəki Baranoviztse qəsəbəsinin yaxınlıqında, indiki Belarus ərazisində yerləşən Bıten adlı məntəqədən tapıb. Bu məktub, ana və qız öldürülmədən qısa müddət əvvəl yazılıb.

Tam mətn

Əsgərlər yalnız unudulanda ölmürlər…

Jurnalist Arif Əliyevin “Yalama” sənədli povesti əsasında lentə alınmış “Əsgərlər unudulanda ölürlər…” sənədli filminin təqdimatı keçirildi. 70 il ərzində aprelin 28-ni bayram kimi qeyd edib, şadlandığımız tarixin rəngi qırmızı olsa da, bu günün sevinc yox, qan, kədər günü olduğunu 100 ildən sonra bir daha dərk etdik. Qızıl Ordu Azərbaycanı ilk növbədə 350 əsgərin qanı bahasına işğal etdi, yalnız onların cəsədləri üzərindən bu torpağa daxil oldu.

Tam mətn

Qul bazarı, vətən sevgisi və kənd qəbirstanlığı

3-cü mikrorayon dairəsində yəqin ki, tıxacda qalmayan çox az adam var. Ərazidə yol tənzimləyicisi (svetofor) yoxdur və nəqliyyat vasitələri yol hərəkət qaydalarına uyğun olaraq dairəyə daxil olarkən bir-birini gözləməlidir. Amma buna əməl edən çox az sürücü var. Bu yay orada guya təmir işləri apardılar, əslində, mövcud tıxac problemini inkişaf etdirmək üçün yol kənarlarında bəzi artırmalar etdilər, desək daha məntiqli olar. Məsələn, yolun ortasında nəsə üçkünc bir şey düzəltdilər, sonra dairədəki körpünün altını bir qədər də genişləndirdilər.

Tam mətn

Niyə fərqli düşünə bilmirik?

Sentyabrın 15-də Azərbaycanda növbəti tədris ili başlanacaq. Bu il həm də ilk dəfə tələbə adı qazananlar ali məktəblərə üz tutacaq. Tələbəlik həyatın ən gözəl mərhələsi olduğu kimi, həm də ən məsuliyyətli illəridir. 4-6 illik ali təhsil bir insanın bütün gələcəyini müəyyən edir. Əgər verilən təhsil keyfiyyətli deyilsə, o zaman vəziyyət başqa məcraya yönəlir. Azərbaycan təhsil sistemi haqqında fikirlər birmənalı deyil. Hər il qəbul imtahanlarına giriş ballarının aşağı salınması baza təhsilinin qənaətbəxş olmadığını göstərir.

Tam mətn

Kikabidze, Putin və bizim ziyalılar

Oğrular məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin evinə girir, amma oradan heç nə aparmır. Bir məktub yazırlar:“Bilsəydik ki, burada siz yaşayırsınız, bu evə girməzdik”.  Bunu Buba (müasirləri onu belə adlandırır) müsahibələrinin birində deyib. 2008-ci ildə Rusiya Gürcüstanın ərazilərini işğal edəndə, o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin ona verdiyi “Dostluq ordeni”ni qəbul etməyib. “Mimino”nun məşhur qəhrəmanı ilə bir-iki dəfə təsadüfən söhbətimiz olub. Ekranda necədirsə, real həyatda da məndə o cür təəssürat oyadıb.

Tam mətn