İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Taksim, futbol və «danışıqlı döyüş»

İstanbul Türkiyədəki siyasi çalxantılardan sonra sıra futbola gəldi. UEFA-nın «Fenerbahçe» və «Beşiktaş»ı Avropa kuboklarından uzaqlaşdırma qərarı ölkənin gündəliyini sarsıtdı. «Beşiktaş»ı 1, «Fener» isə 2+1 il Avropa müsabiqələrindən məhrum etməklə türk futbolu boğaza qədər bataqlığa sürükləndi… Türkcədə «şike» kəliməsi maddi və mənəvi mənfəət üçün bir idman qarşılaşmasının nəticəsini anlaşaraq dəyişməkdir….

Tam mətn

Taksimin «duran adamı»

İstanbul Taksim meydanının ortasında gənc bir adam durub, səssiz-səmirsiz. Ona yaxınlaşan polislə aralarında belə bir dialoq keçir: — Nə edirsən burda? — Durmuşam. — Niyə? — Gözləyirəm. — Kimi gözləyirsən? — Ethem Sarısülüyü… Ethem Sarısülük Gezi parkı dirənişində polis gülləsi ilə ölən nümayiş iştirakçısının adıdır. Keçən həftə doğulduğu Çorumda…

Tam mətn

Taksimin dayanılmaz kütləviliyi

İstanbul Onun nə Facebook, nə də Twitter hesabı var. Qurucusu olduğu Eynşteyn institutunun saytına da heç girmir. Baxmayaraq ki, yazdığı kitablar, məqalələr virtual aləmdə ən çox oxunanlar siyahısındadır. Amerikada onu o qədər də tanımırlar. Çünki araşdırdığı problemlər onun ölkəsi üçün yad məsələlərdir. Amma Serbiya, Ukrayna, Misir, Tunis və b….

Tam mətn

«İn Vino Veritas»ın ruscası

İstanbul   «İn vino veritas» latınca «Həqiqət şərabdadır» deməkdir. Bu məhşur deyimin əslində doğrusu belədir — «İn vino veritas, in aqua sanitas», yəni «Həqiqət şərabda, sağlıq isə sudadır». Fərqli interpretasiyası da var — «İn vino veritas multum miqritum» — «Həqiqət dəfələrlə şərabda batmışdır»… Türkiyə parlamenti keçən həftə «içki yasağı»…

Tam mətn

Şturman və «möhtəşəm Getsbi»

İstanbul   Viktor Şturman adlı bir qonşumuz var idi. Məhəllədə hamı onu «Şturman» deyə çağırırdı. Məhşur Bauman universitetindən məzun olmuşdu, amma taksi sürücüsü işləyirdi. Tanıdığım ən mütaliəli adamlardan biri idi. 1980-lərin əvvəlində eşitdik ki, Şturman ailəsi ilə İsrailə köçür. Məndən 7-8 yaş böyükdü, zəngin kitabxanası var idi. Son axşamlardan…

Tam mətn

Katalonca öyrənmək ehtiyacı

İstanbul Bir dostum var, siz onu tanımırsız, zəng vurdu ki, Barselonadan gəlmişəm, darıxmışam, gəl dərdləşək. Avropada təhsil alıb, mütərəqqi adamdır, məntiqi kəskindir. Amma di gəl ki, fanatik bir «Barselona» tərəfdarıdır. Mənim bu katalon klubuna münasibətimi bilir. Demək ki, futbol söhbətinə çağırmır deyə düşündüm. Axşamüstü bir kafenin küncündə oturmuş, onun…

Tam mətn

«İstanbulun Sebilciyan hava limanına xoş gəldiniz»

İstanbul Tarixin və tarixdəki qəhrəmanların üstünə düşüblər. Görkəmli şəxsiyyətləri xalqın milli sərvəti sayılan insanlar bir qrup qaragüruhçu tərəfindən gözdən salınaraq qaralanmaqdadırlar. Ölkənin keçmişini şübhə altına alacaqlar utanmasalar. Osmanlı və Cumhuriyyət tarixini sorğu-sualsız qəbul etmənin tərəfdarı deyiləm. Amma bəzən elə rəvayətlər, elə uydurmalar eşidirsən ki, yerində donub qalırsan. «Hezarfen Ahmed…

Tam mətn