Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Reformula-2

Yarım il əvvəl, Formula-1 yarışlarının növbəti Bakı mərhələsinin bitdiyi gün mən islahatlara həsr etdiyim bir məqalə yazmış və onu “Reformula 1” adlandırmışdım. Hazırkı məqaləni isə onun davamı kimi yazıram, çünki fabula da, iştirakçılar da eynidir, hətta başlığı dəyişməyə belə ehtiyac yoxdur. *** Üç gündür ki, işimlə bağlı sıx əlaqə saxladığım xarici həmkarlar zəng edib sual verirlər: “Orada nə baş verir? İndi nə olacaq?” Dərhal bilinir ki, suallar Prezidentin sonuncu iqtisadi müşavirədə çıxışına aiddir.

Tam mətn

SÖZ VERDİ Kİ, BU DÜNYAYA BİR DƏ GƏLƏCƏK

Biz xeyli fərqli adamlar idik. Xasiyyətimizin ən oxşar cəhəti, bəlkə, sentimentallığımızdı, onu da xarakter cizgisindən çox yaş əlaməti hesab edirəm, çünki əvvəllər şəxsən mənim gözlərim belə yaşarmazdı. Neynim, ömür yolu qısaldıqca əvəzsiz itkilər artır. Son iki ildə daha çox görüşdüyüm, vaxt keçirdiyim, səfərə çıxdığım adamlardan idi Rövşən Almuradlı. Yoldaşlığımız onun gözlənilməz zəngindən başladı. “Yalama”nı oxudum, filmini çəkməsəm, ölərəm”. Beləcə də dedi. Vaqif Gərayzadə ilə povest əsasında film yox, tamaşa üçün hazırlıq gördüyümüzü söylədim.

Tam mətn

“Gündən-günə inkişafın” birdən-birə yetişən sonu

Təsəvvür edirsinizmi, 1999-cu ildə “Şərq” qəzeti bağlansaydı, millət nə mərəkə qoparardı? Ya 2009-da “Bizim yol” dayansaydı, dünyaya necə səs düşərdi? Amma indi 2019-cu ildir və KİV-ə Dövlət Dəstəyi Fondunun “Şərq”, “Bizim yol” daxil 22 qəzetin nəşrinin dayanmasına səbəb ola biləcək qərarı heç kimi yerindən oynatmır. Nə baş verdi KİVDF-nin “araya” girdiyi bu son on ildə? Millətmi dəyişdi, dünyamı, bizim qəzetlərmi? Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb. Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib.

Tam mətn

SƏNƏT ƏBƏDİDİR, ÖMÜR AMANAT[1]…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 18.12.2018 tarixli buraxılışlarında) Vurğunun bloknot səhifəsindən düzəltdiyi “külqabı” kötüklərlə dolmuşdu. Şair siqareti siqaretə calayırdı. Rejissor hər səsə pəncərəyə yaxınlaşır, pərdənin qanadını qaldırıb küçəyə baxır, şəhadət barmağını eyni istiqamətə uzatmaqla maşının yerindən tərpənmədiyini demək istəyir və təzədən geri çəkilirdi. Küncdə oturmuş Vurğun növbəti qullabını vururdu. Hərə öz taleyini düşünürdü. Adil İskəndərovun xatırlamalı elə çox şeyi yox idi. Özünü qanandan teatra can atırdı. On yaşında Gəncədə özfəaliyyət dərnəyinə yazılmışdı.

Tam mətn

Sənət əbədidir, ömür amanat[1]…

 (əvvəli Ayna.az saytının 13.12.2018 – 17.12.2018 tarixli buraxılışlarında) Səhnədə həzin musiqi səslənirdi. Pəjmürdə və son dərəcə dalğın Xuraman qayada ovulmuş zindanda edam saatını gözləyən şairə yalvarırdı. — Vaqif, ey sərvərim, ey tacidarım! Vaqif ona xəyanət etmiş qadına fəryadla cavab verirdi: — Nə var, nə deyirsən, vəfalı yarım? — Uydum bu dünyada nazü-nemətə, Özüm də bilmədən uydum şöhrətə.

Tam mətn

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 16.120.2018 tarixli buraxılışlarında)   — Qızım, başuva dolanım, irəngin-rufun xoşuma gəlmey. — Yox, nənə[1], yaxşıyam. — Ağaran saçınan ağlayan göz gizlənməz. Bəlkə, büyün də qalasan, heç zad olmaz. Mədinə anasına bir az soyuqladığını, rejissordan icazə aldığını demişdi. Ancaq arvad fikir verirdi ki, bu, adi soyuqdəyməyə oxşamır: qız nəinki üzgün, həm də təlaşlıdır. Həyətdən şıqqıltı səsi gələn kimi diksinir, tələsik yatağına girirdi. Xəstəyə qulluq etməli, yeməyini verməli, əynini dəyişməli olmasaydı,heç çarpayıdan qalxmazdı.

Tam mətn

Sənət əbədidir, ömür amanat…

(əvvəli Ayna.az saytının 13.12.2018, 14.12.2018, 15.12.2018 tarixli buraxılışlarında) Nə qədər gec olsa da, qapını təkrar taqqıldatmaqdan başqa çarə yox idi. Bir azdan dəhlizdə öskürək səsi eşidildi. Qapı sorğu-sualsız açıldı. Səməd Vurğunu qarşısında mil-mil zolaqlı pijamada görəndə Adil İskəndərovun boğazı qurudu. Pijama həbsxana paltarına oxşayırdı. — Nə olub, ayə? Bu nə haldır, düşmüsən? Dalınca qovanmı var? – şair təəccüblə soruşdu. — Sabaha qalası söhbət deyildi, — rejissor udqunub astadan cavab verdi. — Keçək mətbəxə, uşaqlar yatıb.

Tam mətn